Sevgidə bəxti gətirməyənlər

Sevgidə bəxti gətirməyənlər
Sevgi Dünyası
10.09.2017 9
Sokrat-Nə olursa, olsun evlənin! Yaxşı bir arvadınız olsa, xoşbəxt olarsınız, pis bir arvadınız olsa, filosof!”. Sokrat həyatının böyük hissəsinin subay keçirsə də, nəhayət, əlli-altmış yaşlarında ailə həyatı qurmağa müvəffəq olmuşdu. Antik Yunanıstanda qadınlardan gözlənilən itaətkar arvad obrazının əvəzinə, Sokratın xanımı olduqca dilli, kobud və "çoxbilmiş” olur. O, tez-tez öz həyat yoldaşını insanların arasında təhqir edir və alçaldır.



Bir əfsanəyə görə, Sokratın xanımı camaat içində əriylə etdiyi mübahisənin ortasında ərinin başından aşağı bir vedrə su tökür. Sokrat vedrədən axan çirkli suyu başında hiss edərkən belə deyir: " Adətən, ildırım çaxandan sonra yağış yağır”.



Beləliklə, Sokratın xanımı Hantippin adı tarix kitablarına ən qəddar arvadlardan biri olaraq düşüb.



Fridrix Nitsşe-"Ax qadınlar! Ucanı ucaldır, alçağı alçaldırlar”. Alman filosof Fridrix Nitsşe qadınlar haqda hər zaman haqlı-haqsız tənqid etmiş, amma özü də qadınlardan uzaq dura bilməmişdi. Əvvəlcədən qeyd edim ki, Nitsşe evlilik təklifi etdiyi bütün qadınlardan birmənalı şəkildə "yox” cavabı alıb.



İlk dəfə 32 yaşı olanda Mat Haylda aşiq olan Nitsşe, ikicə dəfə onu gördükdən sonra məktub vasitəsilə ona evlənmək təklifi edib. O vaxtlar başqa adama aşiq olan xanım Nitsşenin təklifini rədd edib.



Bu hadisədən beş il sonra dahi mütəfəkkir 21 yaşlı Lou Von Salomla tanış olur. Salom öz hərəkətləri və söhbətləri ilə Nitsşeni ovsunlayır. Amma tez bir zamanda aşiq olan Nitsşe heç də cazibədar və cəlbedici olmur. Salom Nitsşenin evlilik təkliflərini hər dəfəsində rədd edir. İllər keçdikdən sonra Salom başqa biri ilə nişanlanır, Nitsşenin məhəbbət kitabı beləcə bağlanır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!