Sənin nəyinə aşiq oldum mən?!

Sənin nəyinə aşiq oldum mən?!
Sevgi Dünyası
10.09.2017 20
Qəribə bir şeydir səni sevmək: Heç bilmədiyin bir şeiri əzbərlədiyini zənn etmək kimi .. Halbuki gedilməmiş bir yoldu mənim üçün.. Ürəyin öz ağlı olmalı halbuki, onun ağılıyla da sevərsən, o zaman doğru eşq olmalı idi. Bu beynin altında, üstündə necə bir qarışıqlıq yaratmışsa gəncliyimdə, uşaqlığımız, hətta keçmişimiz, indi onların izlərinə basaraq gedirik bu eşq yolunu.

Ona görə məsələn: Bir gün heç gərəksiz yerdə yalnız qollarına aşiq olur beynim, ürəyimi gülüşün sanır. Qəlbimin səsinə, incə davranışına, heyran olduğunu düşünür. Halbuki ağılın oyunları çox qəribədir..

O belə öz varlığını qavramış deyil.. Ürəyin öz ağlı olsaydı, bəlkə o gülüşün altında yatan doğruları görə bilərdi. Beynin illər əvvəlindən qalma gərəksiz bir şəkilin arxasından belə süründürülməsinə icazə verməzdi. Ürəyin öz ağlı olsaydı, bəlkə eşq bu qədər çox qurban verməzdi təkliyə...

Təkliyin, aldanmışlığın, keçmişin və heç bilmədiyimiz səbəblərin arxasına ilişib bir ömür sürünmək gərəkməzdi. Ürəyin ağılı olsaydı ... Və ya ağılın bir ürəyi olsaydı bunlar olmazdı.. Bax indi bir sual canlanır, sənin nəyinə aşiq oldum mən...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!