İki fincan su - İbrətamiz hekayə

İki fincan su - İbrətamiz hekayə
Sevgi Dünyası
10.09.2017 1
Qədim zamanlarda bir hökmdar var idi. Bu hökmdar çox varlı idi. O var-dövləti ilə öyünməkdən həzz alırdı. Hara getsə, öz var-dövlətindən danışırdı. Hökmdarın ağıllı bir vəziri var idi. Böyük də kiçik də onu çox sevirdi. Bir gün hökmdar vəziri ilə söhbət edəndə ondan: "Sən dünyagörmüş bir adamsan. Hamının sənə böyük hörməti var. Bilmək istəyirəm, görəsən, mənim var-dövlətim haqqında nə düşünürsən?”deyə soruşdu. Vəzir diqqətlə hökmdara baxıb dedi: "Fərz edək ki, ucsuz-bucaqsız bir səhradasız. Susuzluq sizi əldən salıb. Hiss edirsiniz ki, artıq ölüm də çox uzaq deyil. Bu vaxt sizə bir fincan su versələr və əvəzində var-dövlətinizin yarısını istəsələr, verərsinizmi?” Hökmdar bir qədər fikirləşib: "Əlbəttə ki, verərəm!”-deyə cavab verdi. Vəzir davam etdi: Fərz edək ki, susuzluğunuz yenə artdı. Taqətdən düşdünüz. Yenə sizə bir fincan su versələr və əvəzində var-dövlətinizin yarısını istəsələr, verərsinizmi?”Hökmdar yenə də fikirləşib: "Təbii ki, verərəm!” –deyə cavab verdi. Artıq son sözü demək vaxtı idi: "Madam ki, belədir, onda bu var dövlətə öyünməyə dəyməz. Çünki onun qiyməti iki fincan sudan artıq deyil”...скачать dle 11.3
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!