İncitmək elə sevməkdi

İncitmək elə sevməkdi
Sevgi Dünyası
10.09.2017 10
Gözləmək çox pis adətdir. Adam bacara bu adətdən qurtula. Onda əziyyət çəkmərik. Çünki nəyisə gözləyərkən ona yaxşı və ya pis-arzuladığın kimi don geyindiririk. Gözləmənin sonu çox vaxt məyusluqla bitir. Türklər demiş, "hayal kırıklığına uğrayırsan”. Amma elə də olur ki, hər şey gözlədiyimizdən də gözəl olur. Təbii ki, nadir hallarda. Gözləməsək yaxşıdı. Nə olacaq, olacaq. Olacağa carə yoxdu. Hər olanı elə olduğu kimi təbii, sakit qarşılayaq. Bir şeydə var: hər şeyi özümüzdə belə mənasızlaşdırsaq, həyatımızın rəngi qaçar. Gözləmək həyatımızı mənalandırır, xəyallarımızı çoxaldır. Bizi xəyallada da olsa, gözəl anlar yaşamağa məhkum edir. Bizi həyəcanlandırır, sevindirir. Həyatda real yaşaya bilmədiyimiz anları bizə daddırır.  Əslində yaxşı və ya pis hadisə baş versin, fərqi yoxdu. Biz onu görürük, iştirakçısı oluruq. Amma ona münasibətimiz içimizdə baş verir. Bunu özümüzdən başqası anlaya bilməz. Demək ki, biz öz iç dünyamızda yaşayırıq. Kiminin içində kəndi, şəhəri, kiminin içindəsə böyük imperatorluğu var. Kiminin dünyası xarabalıqlardan ibarət, kiminin dünyası abad.

Hadisələr dünyalarımız birləşəndə yaranır. Hadisələr bitdiyi anda dünyalarımızda ayrılır və baş verənlər hərənin öz dünyasında arzuladığı kimi davam edir.

 

Sanki dünya çoxbarmaqlı əldi. Barmaqların hərəsi bir dünyadı. Onları əl bir-birinə bağlayır. Biz kimi isə incidən elə bil hansısa barmağı sındırırıq. Sonra yumuruq həmin yumuruq olmur. Çox şey əvvəlki kimi olmur... Bu həyatda incimədən-incitmədən, sevmədən-sevilmədən yaşanmaz. Sındırıb atmaq nə demək...?! Sıyır keç, qanat, əz, amma sındırma... Bu həyatda yalnız bu qədər mərhəmətli olmaq mümkündür. Həyat belə qurulub: sən başqasının, başqasıda sənin yemindi (bütün canlılar belə yaşayır). Özgələrlə nə işimiz. Biz sevdiklərimizi incidirik. Sevdiklərimiz bizi incidir. Bəlkə incitmək elə sevməkdi?! Bəlkə sevdiyindən ayrılanda ona dediyin "son acı söz” onunla yaşamayacağın xoş günlərin qisasıdı? Uşaq vaxtı müəlliməmiz demişdi: hər qəlb sındıranda ürəyimizə qara xal düşür. Böyüdük. Böyüdükcə günahlarımız da böyüdü, incitdiyimiz insanların sayı da artdı. Demək ki, sevdiklərimiz də çoxaldı... Ürəyimizdə "qara xal”dan yer yoxdu daha. Sənə ürəyimi verərəm demə!...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!