Sən, mənə mənim qədər yaxınsan

Sən, mənə mənim qədər yaxınsan
Sevgi Dünyası
10.09.2017 46
Gözlərini hər dəfə məndən niyə gizlədiyini hələ indiyə kimi başa düşə bilmirəm. Yəqin ki, heç vaxt başa düşməyəcəm də.İlk dəfə əlindən tutmağım indiki kimi yadımdadır. Əlin sanki buz parçası idi. Hərədə bir cür olur. Kiminsə sevəndə həyəcandan əli tərləyir, kiminsə sevgidən bədəni buza dönür. Lap elə sevib şeir yazmaqla, sevib dili tutulub bir kəlmə belə deyə bilməmək kimi. Lap elə sevib dünyanı xilas eləməyə şövqlənməklə, sevib zamanın gözlərin önündə necə qanadlanıb uçduğunu görə-görə iflic olmuş kimi donub hərəkətsiz qalmaq kimi. Lap elə mənim indi bu mətni yazmağımla, sənin evdə oturub heç nə eləmədən məni gözləmən kimi.Bilirsən səni ən çox nə vaxt sevmişdim?Birinci dəfə biz bir yerdə dənizə gedəndə…Yox, bəlkə də daha çox biz səninlə parkda gəzəndə sevmişdim…Bəlkə də bir yerdə kompüter arxasinda oturanda…Bəlkə də birlikdə kinoya baxanda…Bəlkə də birlikdə musiqi dinləyəndə…Bəlkə də sənə mahnı yazanda?!Bilmirəm…Bilmirəm… Artıq çaş-baş qalmışam. Sənə olan sevgim hər saniyə artır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!