Səninlə söhbətim...

Səninlə söhbətim...
Sevgi Dünyası
10.09.2017 5
Bax... Yenə axşam oldu... Yenə tək qaldıq ikimiz... Sən və Mən!

Bəzən buz kimi otaqda bəzən isə isti otaqda qaldıq baş-başa... Çox yordum səni dərdlərimlə...

Bəzən söhbətlərimizdə qınadın məni bəzən isə mən qınadım səni. Uşaqkən varlığının fərqində deyildim...

İllər ötdü və sinəmdəki acı sayəsində anladım ki, sən varsan. İlk o gün danışdın, ilk o gün duydum səni.

"Bəsdi, yetər bu qədər qəm! Günahım nədir?!" deyərək, dilləndin... Mən isə yalnızca səbirli ol deməklə, sakitləşdirdim səni...

Ən çox gecələrdən qorxdum. Yenə səninlə tək qalacağımdan qorxdum. Yenə istəmədən baş tutacaq o söhbətimizdən qorxdum...

Səhər üzümdə gülümsəmə yaratsanda, gecələr incitdin məni... "Niyə bu qədər yalan gülüşlərdə yorursan məni?" deməyin incitdi...

Dostarımda özüm bilmədən özüm kimi dərdli insanlar oldu... Bax, o an bildim tək olmadığımı. Bəzən məni bezdirən bu yaşayışa son qoymaq istədim.

2 körpə və sən qoymadın bunu etməyə... O iki körpənin ürəkdən gülməsi həyatdan tutunmağı öyrətdi sənə...

Bəzən mən sussamda sən danışdın mənim adımdan. Olmayanlardan danışıb, sevindirdin kimlərisə...

Qəh-qəhələr çəkib güldün, bəzən xoşbəxtlik göründü çöhrəndə, qürurundan əyilmədin, amma tək qalanda isə hönkürtülərin ilə nalə çəkib niyə bunları yaşadığını soruşdun Allahdan... Sənə ən çox qəzəbim düşmənlə dostunu bir tutduğunda başlayır. Səni ağladanları güldürəndə qəzəblənirəm sənə!

Bax, buda səninlə daha bir söhbətim.. Kim bilir? Bəlkədə bu sonuncu öhbətimiz olacaq. Bu qədər dərdə dözsən, amma hələ çox birlikdə olacıq.

Bəlkədə mənim qəlbim olduğun üçün çox peşmansan, amma sənin kimi dözümlü qəlbim olduğu üçün çox xoşbəxtəm...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!