Çiçəyin tökülən ləçəkləri (4-cü bölüm)

Çiçəyin tökülən ləçəkləri (4-cü bölüm)
Sevgi Dünyası
10.09.2017 37
Yanvar ayı idi. Hər iki ailə Məkkəyə - Ümrəyə getməyi qərara aldı. Çiçək sevincindən göylərə uçurdu. Onun sevinci 2 qat idi. Həm müqəddəs torpaqlara gedəcəyi üçün, həm nişanlısı ilə ən azı 10 gün birlikdə olacaqları üçün. Çiçəklə Süleyman ailələri yanında gorüşürdülər ancaq. Hər ikisi oxuyurdu. Yaşları da az idi. Söz söhbət olmasın deyə ancaq valideynlərinin yanında bir birlərini görə bilirdilər. Süleyman universitətə girdikdən sonra icazə verəcəkdilər sərbəst görüşməklərinə.

Məkkəyə yola çıxdılar. Təyyarə ilə ilk Məkkə torpağına ayaq basdılar. Burdakı 4 günlük təvaflarından, ziyarətlərindən sonra Mədinəyə keçdilər. Təyyarə gecə uçdu Mədinəyə. Səhər namaza Peyğəmbər məscidinə gedirdilər. Çiçək yuxulu oldugu üçün anasigilnən getmədi. Yatdı. Birdən telefonuna zəng gəldi, Xədicə xanım idi.

-Qızım qardaşını da qaldır, hazırlaş, Süleyman oteldə səni gözləyir, birlikdə gəlin.

Çiçək tez ayağa qalxdı, tez geyinib dəstamaz aldı. Nə qədər etdisə qardaşını qaldıra bilmədi. Ürəyində fikirləşdi

-Əşi bu da bəhanədi, tək qalarıq Süleymanla, ikimiz gedərik.

Hazırlaşıb otel otağından çıxdı, Süleyman liftin qabağında onu gözləyirdi.

-Süleyman: Sabahın xeyir gözəlim

-Çiçək: Sənin də canım.

Süleyman lifdə Çiçəyi öpdü, qapıların açıldığından xəbərləri belə olmadı. Bu onların son öpüşü idi.

Sonra əl-ələ məscidə tərəf getdilər. Uzun müddətdən sonra onlar ilk dəfə ikisi birlikdə addımlayırdı. Çiçək narahat idi, o yan bu yana baxırdı. Atasının görməyindən ehtiyat edirdi. Nişanlı belə olsalar, atasından çəkinirdi.

Bu ziyarətləri boyunca Çiçək o qədər xoşbəxt idiki, hər gün nişanlısını görürdü.

-Çiçək: Məni hər gün görmək nasıl bi duyqu? bezmisən hə?((

-Süleyman: Yooo çook güzəl bi duyqu. Bezərəm heç?

Süleymanin balaca bir şirin sözündən Çiçək havalara uçurdu. Və Çiçək artıq onu sevirdi. Bağlanmışdı ona. Onunla nəfəs alırdı. Onun ailəsini öz ailəsi bilirdi. Süleyman isə onun hər şeyi olmuşdu...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!