Gəldiyin zaman boşluq dolduran deyil, getdiyin zaman ...

Gəldiyin zaman boşluq dolduran deyil, getdiyin zaman ...
Sevgi Dünyası
10.09.2017 24
-Göyün hər yerdə mavi olduğunu anlamaq üçün dünyanı gəzmək lazım deyil,Bax, eyni zamanda da baxdığını görən ol.



-Gəldiyin zaman boşluq dolduran deyil,getdiyin zaman yeri doldurulmayan şəxs ol.



-Hər eşitdiyinə inanma,əlində olan hər şeyi xərcləmə və istədiyin qədər yatma.



-Səni sevirəm deyərkən ,bunu inanaraq söylə. -Üzr istəyərkən qarşındakının gözlərinin içinə bax. -İlk görüşdə sevgiyə inan. -Evlənmədən öncə ən az altı ay nişanlı qal.



-Heç vaxt başqalarının arzuları ilə zarafat etmə.



-Dərindən və inancla sev.



-Qəlbin qırıla bilər bəlkə də amma başqa cür də həyatını tam anlamıyla yaşaya bilmərsən.



-Anlaşmazlıqlarla dürüstcə savaş.



-İnsanlar haqqında danışılanlara inanıb,onlar haqqında tez qərar vermə.



-İnsanları mühakimə etsən,onları sevməyə vaxtın qalmaz.



-İnsanlara gözlədiklərindən daha çoxunu ver və bunu edərkən kübar ol!



-Yavaş danış amma sürətli düşün.



-Bunu unutma ki daim,böyük sevgi və ya böyük sərmayə böyük risk daşıyır.



-Hər nəyi itirsən də,ağlını itirmə.



-Bu üç hərfi unutma: Sevgi-hərkəsə Hörmət-özünə və başqalarına- Cavabdehlik- bütün hərəkətlərin üçün.



-Əgər səhv etdiyini görsən,həmin an onu düzəltməyə çalış,bilə-bilə səhv yolda irəliləmə.



-Danışmağı (söhbət etməyi) sevdiyin biri ilə evlən.Yaşın irəlilədikcə söhbət hər şeydən daha çox önəm qazanır.



-Ana-nı sev,ona hörmət et,onu heç bir zaman yalnız buraxma.



-Onu bil ki,bəzən səssiz qalmaq ən yaxşı cavabdır. -Sevdiklərinlə mübahisə edərkən, o anı önəmli hesab et,keçmişi qurdalama. -Sətir boşluqlarını da oxu,məlumatlarını paylaş.



-Elm insanı şübhədən,yaxşılıq iztirab çəkməkdən,qərarlılıq isə qorxudan qurtarır.



-Dua etmək insana böyük güc verir.



-Düşün.Daha da böyük güc verir. -Öpərkən gözləriniz bağlamayan sevgiliyə güvənmə.

-Bəzən istədiyin bir şeyin olmaması sənin üçün bir şansdır.



-Ən yaxşı münasibətin, bir-birinizə olan sevginiz,bir-birinizə ehtiyacınızdan daha çox olduğu zaman olacaq.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!