Bir qadın = Bir kişi...

Bir qadın = Bir kişi...
Sevgi Dünyası
10.09.2017 6
O qadında həyat eşqi olduqca güclüdür.

O, təbiətin sirlərinin gizləndiyi meşənin sakitliyi kimi səssizdi.

O, öz əzəmətli harmoniyasına cəlb edən əzəli-əbədi varlıqdır.Onun üzündə insan duyğuları, daxili aləmin disharmoniyası, sevgi ehtiraslarının insanı köləyə çevirməsi, qəribəliyi, şıltaqlığı,emosiyalarının dolaşıq oyunları,insanın münasibətlərindəki, gündəlik həyatındaki adiliyin və bayağılığın arxasında gizlənmiş konflikt və ziddiyət təsvir olunub.O, əsəbi,zərif və oynaq xarakterə malikdir.

O, az fantaziyaya malik olsa da, səylərin və sağlam düşüncə hesabına daha böyük insan olmağı bacarıb.Onun həyatı xəfif yumorla bəzədilmiş özünəməxsus dəyərlərə sahibdir.

O, cəmiyyətin yığcam modeli kimi hər zaman yanımızdadır.O, qadın yaddaşımızda daim gözəlliyi və sevgini tərənnüm edən böyük insan kimi xatırlanacaq.

 

O qadın-dediyimiz, kiminsə anası, kiminsə həyat yoldaşı, kiminsə qızı və ya kiminsə hələ də tapmadığı yarı-dır



Bu və daha çox insani keyfiyyətlər bir qadında cəmləşir.Sadəcə o qadının daha yaxşı tanınması, həyatımızda tutduğu mövqedən asılıdır.Mütləq şəkildə yalnız səhvləri və yaxşılıqları ilə seçilmir o insanlar.Hər bir kişinin həyatına onu xoşbəxt edəcək və səadət gətirəcək bir qadın daxil olur.Əsl xoşbəxtlik isə bir neçə səhv seçim içindən seçməkdir. Bir qadına əbədiyyən vurğundur O.

Onun nəfəsindən, ona baxan gözlərindən alır gücünü. Sevməyi onunla öyrənir. O qadın O kişini dünyaya bəxş edən qadındır. Həyatı hər rəngində yaşamaq üçün yaradılıb O. Istəyərkən nə istədiyini biləndir. Istədimi alandır. Mübarizdir-onun adı. Füsunkar təbiətdə güvənin simvoludur O. Qayalara çırpılan dalğalar qədər sərt, sahildəki ləpirləri yuyacaq qədər məğrurdur. Kövrəldimi kövrələrkən dünyanın ən saf varlığı olmağa qadirdir O. Gecə qədər ecazkardır. Qaranlığında nəyin olduğunu bilmədən ona doğru addımlamaq cəsarət istər. Kəşf olunmaq istəyər.

O, həyat adlanan oyunda məntiqin fiqurudur. Ən zəif olduğunda belə güclü görsənməyə məhkumdur O. Cəsurdur O. "Sevirəm”- deyərkən heç nədən qorxmadan qışqıraraq deyə biləcək gücə malikdir.



O. ciddi, qürurlu gülümsəməyi bilən biridir. O, ona verilən düşünmə istəyilə həyatı ona yaraşacaq şəkildə yaşayandır. O, həyat təcrübələri ilə övladının yolunu işıqlandırandır. Onun xüsusiyyətləri ona ən gözəl şəkildə biçilmişdir ki, O bununla sadəcə qürur duysun.

O, əlimizi uzatdığımız an əli-əlimizə toxunacaq qədər yaxınımızdadır. O kişi mərdliyini və sevgisini unutdurmayacaq qədər inadkardır.



O kişi dediyimiz kiminsə atası, kiminsə həyat yoldaşı, kiminsə oğlu və kiminsə hələ də tapmadığı yarı-dır.



Hər bir qadın arzular onu. Onu qoruyacaq, yıxılanda yıxıldığı an əlindən tutacaq, üşüdüyündə pencəyini ona verəcək, qadınından başqa həyat düşünməyəcək, sevdimi ölümünə sevəcək birini istər.  Onun gözlərindəki qığılcım həyatının buz bağlayan hissəsini əritməyə qabildir.  Əsl xoşbəxtlik onun var olduğunu və gələcəyini bilərək gözləməkdir. . .скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!