Onu unutmağı öyrədin mənə

Onu unutmağı öyrədin mənə
Sevgi Dünyası
10.09.2017 4
Onu unutmağı öyrədin mənə


O insan içimi yandırıb yaxır,
Nə məni dinləyir, nə mənə baxır,
Nə də ki, o mənim qəlbimdən çıxır,
Qəlbimdən atmağı öyrədin mənə,
Onu unutmağı öyrədin mənə.


Onu xəyalımdan ata bilmirəm,
Solğun sevgimə rəng qata bilmirəm,
Geclər fikrindən yata bilmirəm,
Azacıq yatmağı öyrədin mənə,
Onu unutmaöı öyrədin mənə.


Çətin bir yoldadır indi həyatım,
Onsuz arzulara, bəs, nece çatım ?
Arzuma çatmağı öyrədin mənə,
Onu unutmağı öyrədin mənə.


Vardər hər cümləmdə, sözümdə mənim,
Elə bir dərddir ki, özümdə mənim,
Böyüyür, ucalır gözümdə mənim.
Dərdi alçaltmağı öyrədin mənə,
Onu unutmağı öyrədin mənə.


Dil deyir ayrılaq, qəlb yola gəlmir,
Söz tutmaq da, axı, dillə deyilmir,
Sözümü tutmağı öyrədin mənə,
Onu unutmağı öyrədin mənə..скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!