Hər şey qədər hər kəs qədər sənin qədər '' Alışdım ''

Hər şey qədər hər kəs qədər sənin qədər '' Alışdım ''
Sevgi Dünyası
10.09.2017 5
Hər şey qədər hər kəs qədər sənin qədər '' Alışdım ''

 
 Birini yaşatdım!
Hər şey qədər hər kəs qədər sənin qədər...
Yaşadıram da...
Amma digərinin ölməsinə mane ola bilmirəm...

Bir az '' Dəyişdim ''
Hər şey qədər hər kəs qədər sənin qədər '' Dəyişdim ''
Unuda bilmədiyim sözlərinin arasında sıxılıram...
Bir tərəfim özümü gözləyir bir tərəfim səni...
Mən öz- özümlə döyüşürəm...
Səninlə deyil!
Nə qazana biləni nə də itirəniyəm...

Bir az '' Alışdım ''
Hər şey qədər hər kəs qədər sənin qədər '' Alışdım ''
Varlığını istəmədiyim
Və çoxluğunu da yoxluğunu da istəmədiyim bu şəhərdə duyğuya '' Alışdım ''
Bir tərəfim burax deyir bir tərəfim...
Qəti deyil!

Bir az '' Qırıldım ''
Hər şey qədər hər kəs qədər sənin qədər '' Qırıldım ''
Canıma batan hər halın iflic kimi çökdü bədənimə...
Gözlərimdən tut ciyərimə qədər incit!
İzah edə bilmədiyim dərk edə bilmədiyim nağıllara inciyim!
Dinlədiyim mahnılarda mənə səni izah edən bilməyən notlara inciyim!
Məni anlamadığın sözlərin mənə hər şeyi izah edir kimi gəlir...

Bir az '' Yoruldum ''
Hər şey qədər hər kəs qədər sənin qədər '' Yoruldum ''
Özümə ürəyimi sübut etməkdən...
Və sübut etdiyimə özümü inandırmaqdan...
Və tək bir şəhərdə gəzməkdən yoruldum...
Yalnız mən itdikcə sənidə itirirəm...

Yorğunluğum dinləndikçə keçmir...
Çökür içimdəki güc...
İşığı sönür...
Ağa dönür rəngi get-gedə hissizləşir...
Nə yormaq istədim Səni...
Nədə özümü...
* Çox vuruşdum...
* Getməyə də qalmağa da...
* İkisi də eyni acı...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!