Sağlığında qiymət verək insanlara!

Sağlığında qiymət verək insanlara!
Sevgi Dünyası
10.09.2017 10
Bu gün sənsiz yaşamağın mümkünsüzlüyünü bir daha qəbul elədim. məgər sənsiz yaşamaq olmurmuş..Bəzən nəfəsim kəsilir,boğuluram.Sən yoxsan məgər mənim nəfəsim də sən imişsən. Məni yaşadan da sən imişsən. hardasan, Anam?  ...mənim qara gözlü anam.. nə yaxşı ki tanrı səni mənə bəxş edibmiş anam.. amma aldı əlimdən.. Mən də gələcəm, söz! Səni oralarda tək qoymayacam. Yenə saçlarımı oxşayıb "ananın ağıllı balası” deyəssən, yenə masamız olacaq,mühüm məslələri həll edirmiş kimi uzun söhbətlər edəcəyik.Yenə üzündən öpəcəm.Söz verirəm mən də gələcəm !!! Söz!!! O günü səbirsizliklə gözlüyürəm. Səni görəcəyim, qoxunu içimə çəkəcəyim,sinənə, dizinə başımı qoyacağım günü..Səni orda da müdafiə edəcəm, orda da sevəcəyəm, orda da qoxluyacam tellərini anam... hərdən yaşadıqlarımızı xatırlayıram. Məgər biz necə də güclü imişik..O şərlərə , o yalanlara sinə gəldik, məhv elədik... onlar da bizi...Bax, belə ayırdılar bizi.. Dərddən, iztirabdan, acıdan getdin anam... Fələk səni qısqandı... mənim mələk Anam, qara gözlü anam.. Allah bizi ayıranlara da dərd verir.. 2-ci mərtəbədəki qonşumuzu xatırlayırsan , eləmi?! 4 gün əvvəl dili tutulub.. danışa bilmir..Yox,yox! Anam, sevinmirəm, sevinmərəm.Haqqı idi ancaq.. hər kəs haqqını alır.. sənin də haqqın bu idimi görəsən?! Bəs mənim haqqqım?...



.. Anam, sən öləndən sonra yazdığım 117-ci məktubumdu..oxuyursan, deyilmi?Yazmadığına görə qırılıram sənə.. sən də bir şeylər yaz.. Mənimçün darıxdınmı? Məni sevdiyindən yaz, özündən yaz, o diyardan yaz... yetər ki yaz.... ..Keçən məktubumda sənə demişdim , Universitetdə oxuyan bir oğlandan xoşum gəlir demişdim.Onun da məndən xoşu gəlirmiş... 4 ay sonra ilk dəfə bu gün danışdıq, inanırsan? Ilk dəfə göz-gözə gəldik,görmək istədiyim münasibəti gördüm... Gözləri dedi.dili deməsə də gözləri dedi... bilirəm, dedi.. Tələsmirəm anam, gözlüyürəm, səbrliyəm.Məni sevəcəyi günə qədər varam! Sevəcəyinə əminəm.Yox, yox anam, qısqanma..Heç kəsi səndən çox sevməyimə icazə vermərəm. Daha məni üzən bir şeyin olmasına icazə vermirəm.. olsa da üzülmürəm..Söz verdiyim kimi hələ də gülümsəyirəm..Hələ də sevincimə səbəb var...hələ də səni sevirəm... .. Hər məktubumda yazıram, yorulmuram, heç vaxt da yorulmadım bu sözdən: Anam səni çox istəyirəm... hər şeydən, hər kəsdən... Sənə məni tək buraxma, bu insanlarla bacara bilməyəcəm demişdim.məni tək qoyub getdin, amma eybi yox... Söz vermişəm..Ölənə qədər dik duracam, vursalar da,yıxsalar da dik duracam.. Əyilməyəcəm.Söz!



Bu gün namazımda sənin üçün çoxlu dua etdim, eşitdinmi?Allahdan sənə çoxlu dualar dilədim..İnşallah qəbul edər..Anam, söz verməsəydim bir dəqiqə də buralarda qalmazdım, gələrdim oralara... yanına... amma sənə sözüm var.. sözüm var...  Səni heç bir zaman əyilməyə qoymadım, sağlığında cismini, mənəviyyatını . qürurunu alçaldanı mən alçaltdım! Sənə söz deməyə qoymadım! Vurduqca vurdular..dirəndim..yıxılmadım.bacara bildiyimi etdim sənin üçün. Indən sonra da edərəm..ta oralara qədər gəlməyə hazıram.. yetər ki çağır məni... yetər ki sən istə... Sağlığında dediyin sözləri nə yaxşı ki dinləmişəm.Mən özümdən, övladlığımdan narazı olmadım. Sən oldunmu?Ümid edirəm yox..ümid edirəm... hər məktubumda səndən üzr istəyirəm.. yenə də istəyirəm, səni incitmişəmsə bağışla...daha şəkillərimizə baxıb ağlamıram.İçimdən bağıraraq səni məndən aldığına Allaha üsyan etmirəm.Sözlərimə əməl edirəm. Söz verirəm səni həmişə sevəcəyəm...Ruhunu yanımda,əllərini saçlarımda hiss edirəm.İndi isə getməliyəm. Məktubumu yenə eyni yerə qoyuram... oxuyarsan..sözmü? Öpüşümü kağız parçasına etibar etmədim..saxladım o diyara gəldiyimdə özüm çatdırmağım üçün. Qucaqlıyıb qoxunu içimə çəkmək üçün..saxlamışam.. gəl deyəndə gəlmək üçün dayanmışam. Mənim qara gözlü anam, məgər mən səninlə yaşayırmışam...



Bu məktubu oxuyandan sonra Cabir Novruzun bir şeiri yadımda düşdü :



Bu sərdaba sevgilərdən, hörmətlərdən xoşum gəlmir.

İstəmirəm vaxt-vədəsiz şöhrəti mən,

Bir an ömrü milyon qızıl ölüm gələ, dəyişmərəm...

Diri üçün iynə boyda hörməti mən

Ölü üçün min heykələ dəyişmərəm...



Düz deməsəm, onda məni bağışlayın,

Üz tutaram uşaqlara, qocalara, cavanlara,

Sağlığında qiymət verin insanlara,

Yaxşılara sağ olanda yaxşı deyin,

Sağlığında yaman deyin yamanlara...



Sağlığında qiymət verək insanlara...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!