Nərgiz gülünün sevgisi gözəl bir əfsanədir

Nərgiz gülünün sevgisi gözəl bir əfsanədir
Sevgi Dünyası
10.09.2017 10
Bu əfsanənin qəhrəmanı krallıqda gözəllikdə tayı bərabəri olmayan Nərgizin həyatıdır… Üzünün gözəlliyi qədər ürəyinin gözəlliyini bilməyən yoxmuş. Evlənmə yaşına çatanda öz ürəyinin sahibini tapa bilmirmiş. Bu onun günahı deyildi, doğurdanda sevə biləcəyi, aşiq ola biləcəyi biri olmasını istəyirdi amma… Bir gün yaşlı bir qadından bir əfsanə eşidər. Bu əfsanəyə görə qarlı, bir o qədərdə zor aşıla bilən dağların arxasında qışı keçirən və qarların sahibi olan bir şəhzadə yaşayarmış. Oda təkmiş.. Təkliyi seçməsinin tək səbəbi onun üçün fədakarlıq edib bu soyuq qarlı ölkəsində onu həqiqətən sevib, onunla qalan birini gözləməsiymiş… Amma Nərgiz orada çox qala bilməzmiş… Oralar o qədər soyuqmuş ki, bunu fikirləşənlərin çoxu fikirlərindən dönərmiş. Hətta bəzi qızlar cəsarət edib getmiş bəziləri yarı yoldan qayitmiş, bəzilərindən heç xəbər belə alan olmamışdı…Amma qadın Nərgizə demiş ki: ”Bəlkə bunun üçün sənə dağın yaxınlığında yaşayan yaşlı cadugər kömək edə bilər”

Bütün çətinliklərə baxmayaraq Nərgiz yola çıxır. Ağappaq qarın gözəlliyi onu elə heyran eləmiş ki, soyuq belə onu yormayıb. Çox üşüməsinə, yorulmasına baxmayaraq yoluna davam etmiş. Və nəhayət şəhzadənin yaşadığı yerə gəlib çıxıb. İlk görüşdə bir birlərinə aşiq olublar amma dondurucu soyuq keçən hər dəqiqə Nərgiz üçün ölümə yaxınlaşmaq demək idi. Şəhzadə burda qalmağını çox istədiyini, amma bu onun ölümünə səbəb olacağını demiş və beləcə sevgiləri ümüdsüz qalacaq amma bir ömür boyu ürəyində yaşayacaq.

Nərgiz göz yaşları və çarəsizlik içində geri dönmüş. Amma yolda yaşlı qadının bəhs etdiyi cadugər yadına düşmüş. Axtarıb o yaşlı cadugəri tapmış. Cadugər bunun çarəsinin olmadığını deyib. Amma tək bir yolu varmış. Bu yol ancaq sevdiyi ilə yaxın tuta bilərmiş onu. Nadir bir növ olan çiçəyə dönmək. Ancaq qışda açan qarın altından başını çıxaran gülə dönmək. Nərgiz fikirləşir ki, bir müddətlikdə olsa bütün qışı sevdiyinin yanında keçirər. Gözlərindən yaş süzülərək razı olduğunu demiş. Cadugər ona bir dərman hazırlamış. Bu dərman onu xəyal etdiyi çiçəyə dönüşdürəcək və ancaq qış aylarında açacaqmış.

Nərgiz yenidən sevdiyi şahzadəsinin yanına qayıtmış. Hər şeyi ona danışır. Qərarlılığı şahzadəni o qədər təsir edir ki, Nərgizin sevgisinə bir daha heyran olmuş. Nərgiz şahzadənin yanında dərmanı içmiş və elə o dəqiqə bir toxuma çevrilib qarların arasına düşüb. Bir neçə dəqiqədən sonra qar şahzadəsinin gözləri qarşısında gözəl bir gül qarların altından başını qaldırmış. Bu sevgisi üçün hər bir fədakarlıqdan keçən, uğruna ölümü, gülə belə çevrilməyi gözə alan Nərgiz idi…скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!