Səni canımdan çox sevirəm

Səni canımdan çox sevirəm
Sevgi Dünyası
10.09.2017 19
Sevirəm səni...Deyim niyə?

Hər səhər duranda sənin adın gəlir dilimə. Hər düşünüb xəyallara dalanda sənin xəyalın gəlir gözümün önünə.

Harda gözəl bir mahnı oxunsa, elə bilirəmki, ikimiz üçün oxuyurlar, harda gözəl bir melodiya eşidirəmsə, şəklin gəlir gözümün qabağına.

 

Yatmağı sevirəm...Deyim niyə?

Gecə yatanda səhər səninlə danışmaq ümidi ilə yatıram, gecə yuxuma gələcəyini düşünərək yatıram. Səhər sənə qovuşmaq diləyi ilə yuxudan ayılıram. Gülüşünü sevirəm...Deyim niyə? Sən güləndə elə bilki, bütün dünyanı mənə hədiyyə verirlər.Bir gülüşün bir dünyaya bədəldir, HƏYATIM!!! Səni sən olduğun üçün sevirəm.

 

Hər anımı sevirəm...Deyim niyə?

Çünki hər an yanımdasan.Səni hiss etməyim, səni görməyim üçün bir anlıq düşünməm yetərlidi mənim üçün. Səni sevirəm...Niyə? Çünki sən mənə bu yalan dünyada doğru bir cənnəti yaşatdığın üçün sevirəm səni. Bu dünyanı sevirəm...

Deyim niyə? Yalan dünyada gerçək sevgini mənim üçün göndərdiyinə görə sevirəm dünyanı.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!