Merhemetsiz Heyat

Merhemetsiz Heyat
Sevgi Dünyası
10.09.2017 47
Merhemetsiz Heyat


Yoxluğunun verdiyi boşluqlar qanayır yaralarıma, dərman olmağını istəyirəm. Ürəyimdə açdığın o böyük boşluğu, varlığınla ovutmağını istəyirəm...

Həyatın mərhəmətsiz olduğunu və kimsənin gözünün yaşına baxmadığı söyləyər. Həyat mərhəmətsiz! Həyat çox ağır! Həyat çətindir deyərək özümüzü ovudarıq.

Həyatı bu qədər mərhəmətsiz və çətin edən əslində bizik və bu gerçəyi bildiyimiz halda özümüzə etiraf edə bilmərik.
Özümüzlə və içimizin bizə yönəltdiyi suallarla üzləşməkdən həmişə qorxarıq.

Buna cəsarət etmərik. Əslində bizə həyat deyə təqdim edilmiş nemət olduğu yerdə dayanar.
Bizdə ətrafında dönüb durmaqla vəzifəliyik və dönərkən bir çox insan ilə qarşılaşarıq.

Onlarla özümüzü müqayisə edərik və müqayisə edərkən də bəzən ümidsizliyə düşərik qarşımızdakına baxaraq ya da əhvalımız yerinə gələr, daha da sürətlənərik.

Amma bu yorucu marafon bir gün sona çatacaq unutduğumuz qisim budur. Bizlər marafonun bir gün bitəcəyini qəbul edərək bizə badalaq gəlmək istəyənlərə qulaqlarımızı tıxamalıyıq.

Tıxamayanda günahı marafonun hakimi olan HƏYATa yüklərik .Əslində hər kəsə qulaqlarımızı tıxayıb o finişə ilk çatıb sevinci düşünərək , şükr edərək qarşılaşdığımız insanlara da çox güvənməyərək davam etməyi hər vaxt unudarıq nədənsə...

Daima gülümsəmək, pisləri görməmək üçün çalışmalıyıq, çünki bizi pis edir. Məhv edir. Yalnız yaxşıları görüb həyata daima "hə" demək bizi xoşbəxtliyə aparır..скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!