Gələcək və keçmiş üçün üzülmə

Gələcək və keçmiş üçün üzülmə
Sevgi Dünyası
10.09.2017 9
Keçmiş olan dünəni heç yad etmə, sabah da gəlməmişkən fəryad etmə, düşünmə gələcəyi də keçmişi də, indi özün ol yaşamı bərbad etmə.



Ey kor! Bu yer, bu göy, bu ulduzlar boşdur boş! Burax onu-bunu könlünü xoş tut! Durmadan qurulub dağılan bu dünyada bir nəfəsdir alacağın. O da boşdur, boş!



Sevdiyini mərdcəsinə sevən insan, pərvanə kimi atəş üçün darıxar. Sevib də yanmaqdan qorxan insanın, nağıl danışmaqdır peşəsi.



Ey sevginin sirlərindən xəbərsiz yaşayanlar! Bilin ki, bütün varlığın əsas qaynağı sevgidir, sevgi...



Güclü olduğuna inandırdın məni; bol-bol da verdin mənə verəcəklərini. Yüz il günah işlədib bilmək istərəm; günahlarmı sonsuz, yoxsa sənin rəhmətin.



Oyan! Yaşamaq üçün qarşımızda sonsuzluq var.



Hər dildə bir söz var, qətiyyən inanmayın! Biri bir söz söylədisə, sözə deyil söyləyənə baxın.



Dünyanı yenidən yaradardı, məni də yanında saxlayardı, deyərdim: ya məni sil dəftərdən, ya da mənim istədiyim kimi yarat dünyanı.



Ya belimizə alıb daşıyırıq, ya da ayağmızın altında əzib keçirik; heç cür öyrənə bilmədik yan-yana addımlamağı.



Dərilən gül verilməli, yazılan şeir sonlanmalı, sevilən qadınsa xoşbəxt olmalıdır. Yoxsa altından qalxa bilməyəcəyin işə baş qoşmamalısan.



Gələcək və keçmiş üçün üzülmə, bu günki xoşbəxtliyin qiymətini bil.



Gedəni saxlama, gələnisə qovma. Bax o zaman əsl xoşbəxtlik özü səni tapacaq.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!