Cənnətdən qonaq gələn mələklər!

Cənnətdən qonaq gələn mələklər!
Sevgi Dünyası
10.09.2017 16
Bu kəlmələrin xüsusi bir gözəlliyi var.Gözəllik bu kəlmələrin yaradıcı ilahi bir təcəssümüdür.Bu elə ilahi bir təcəssümdürdür ki,qəlblərdə yuva quran,dodaqlarda həzin və həssas nəgmə kimi incə səslənən və səsləndikcə titrəyən,çiyinlərimizdə paralel şəkildə istiqamətlənən,ruhumuzu rahatlaşdıran,cənnətə gedən yollarımızı işıqlandıran,sevgi ilə bir dogulan ilahinin bizlərə bəxş etdiyi varlıqlardır Mələklər!Mavi Mələklər və ya Mavi gözlü Mələklər!Mavi gözlərdir Mələklərin baxışlarında ildirım kimi çaxan,qıgılcım tək parlayan!Cənnətin yaşıl mənzərəsini əks etdirən!Qanadları cənnətin mavi buludlarla örtülmüş sərin küləklərin mehini gətirən!Saf ve təmiz qəlbli,isti nəfəsli,bəyaz qanadlı Mələklər!Bu bəyaz qanadlarda uçmaq istərəm,bu bəyaz qanadların lələklərində xəyallarımı,ümidlərimi bəyazlaşdırmaq istərəm.Bəyaz sevgi istərəm bu qanadlarda.Elə sevgi ki,xəyalları uçurulmuş,ümidləri qəm gölündə bogulmuş olmasın!Elə sevgi ki,məni Mələklər tək mavi səmaya qaldırsın,Mələklərin lələklərində yatırsın,qucaginda bəsləsin!Mavi Mələklər və ya Mavi gözlü Mələklər!Mələklər qoruyur bizləri şeytanların valehedici sərsəm nəfislərindən,qəddar gülüşlərindən,öldürücü baxışlarından!Tanrının nurudur ag örpəkli Mələklər!Ruhumuzu oxşayan cənnətdə bizlərə yoldaş olan Mələklər!



Sağımızda, solumuzda mələklər,

Onlarla bağlıdır bütün diləklər.

Yaşamımız, ölümümüz var bizim

Ruhumuzda daimadır mələklər!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!