Məhəmməd Peyğəmbər və çoban

Məhəmməd Peyğəmbər və çoban
Sevgi Dünyası
10.09.2017 37
Bir gün bir çoban Məhəməd Peyğəmbərin qarşısını kəsir və ona deyir:



— Allaha bir sözüm var, çatdırarsanmı?



— Çatdıraram.



— Allaha de ki, Ondan küsmüşəm.



— Çatdırdım. Allah da dedi ki, mən də çobandan küsmüşəm.



Üstündən 6 ay kecir. Coban yenə Peyğəmbərin qarşısına cıxır:



— Məhəmməd Peyğəmbər, ALLAHA de ki, onunla barışdım.



— Allah deyir ki, mən də çobanla barışdım. Ay çoban, niyə küsdün, niyə də barışdın? De Mən də bilim.



— Qədir gecəsi idi. Məsciddə oturmuşduq. Hamı Quranın nazil olmasından danışırdı. Hamı bir-biri ilə mehriban idi. Deyirdilər, gülürdülər. Birdən molla dedi ki, cənnət olduğu kimi, cəhənnəm də var… Mən də Allahdan küsdüm ki, hamı şad xürrəmdir, cəhənnəm nəyə lazım idi.



— Bəs niyə 6 aydan sonra barışdın?



— Bir gün dağda qoyun otarırdım. Birdən güclü bir yağış yağdı. Gördüm iki atlı gəlir. Suyun icindədilər. Tez bunları cadırıma gətirdim. Od qaladım, paltarlarını qurutdum. Bir toğlu kəsdim, qovurma elədim, yedirtdim. Yerlərini də saldım ki, yatsınlar. Atlarını da ağaca bağladım. Amma qorxdum ki, birdən canavar gələr, yeyər. Barmağımı azca kəsib yerinə düz qoydum ki, yatmayım. Amma yuxu məni aparıb, yatmışam. Səhər durub gördüm ki, qonaqlar gedib. Gedəndə də mənim 10 qoyunumu oğurlayıblar...



Onda ALLAHLA barışdım ki yaxşı edib cəhhənəmi yaradın ki, belə adamların cənnətdə nə işi var?!..скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!