Sevməyi bilməyən, ölməyi də bilməz

Sevməyi bilməyən, ölməyi də bilməz
Sevgi Dünyası
10.09.2017 11
Eşq cənnətin dilindən bizə qalan tək xatirədir. (Bulor)



Eşq dünyanın ən şirin xoşbəxtliyi ilə ən dərin acısından yaradılmışdır. (Bailey)



Sevgi ruhun gözəlliyidir. (Augustinus)



Sevmək bir-birinə deyil, birlikdə eyni nöqtəyə baxmaqdır. (Exupery)



Sevmək, iki dəfə yaşamaqdır. ( Corc Sand)



Sevginin ölçüsü ölçüsüz sevməkdir. (Spinoza)



Sevilmədən sevməkdən daha faciəvi bir şey yoxdur. (Turgenyev)



Sevilmək ümidiylə sevmək insanidir. Lakin sevmək üçün sevmək, mələklərə məxsusdur. (Alfons De Lamartin)



Sevməyi bilməyən, ölməyi də bilməz. (Atalar sözü)



Sevmədən evlənmək, inanmadan ibadət etmək qədər alçaqlıq olar. (Anton Çexov)



Sevgi insanlığın, şiddət heyvanlığın qanundur. (Qandi)



Sevmək insanın öz -özünü aşmasıdır. (Oskar Vayld)



Şah belə sevginin quludur. (Mövlana)



Sevməmək əlimizdə olmadığı kimi, ölənə qədər sevmək də əlimiz də deyil. (La Bruyere)



Bir şeyi çox sevmək, insanı o şeyə qarşı kor və kar edər. (Hədisi Şərif)



Sevmədən yaşamaq, yaşamaq deyil. Az sevmək isə süründürülməkdir. (Fenelon)



Dəyişikliklə qarşılaşınca dəyişən eşq, eşq deyil... Eşq gözlə deyil ruhla görülər. (Şekspir)



İnsan sevməyə başladımı, yaşamağa da başlar. (Madame De Scudery)



Eşq hər şeyin başlanğıcı, ortası və sonudur. (La Cordaire)



Eşq bezilməyəndir. Hər şeydən bezilə bilər, amma eşqdən yox! (Duklos)



Sevgi bizi zamanın dağıtmasından qoruyan yıxılmaz bir qaladır. (Costance Foster)



Həyat əlamətinin mənşəyində duyğulanma; duyğulanmanın da təməli eşqdir. (Freud)



Eşq bir dəniz, qadın onun sahilidir. (Viktor Hugo)



Kim başqasını sevsə özü də seviləcək. Başqalarını qazandırmış olan özü də qazanmış olacaq. Bütün insanlar özləri arasında qarşılıqlı bir sevgi hiss etsələr, güclülər zəifləri ovlaya bilməzlər, sayları çox olanlar daha az olanlara, təzyiq edə bilməzlər. Zənginlər yoxsullara əsla təzyiq göstərə bilməz, usta olanlar da bacarıqsızlara lağ edə bilməzlər. Sevgidə tərəfsizlik, fərdi sevgidə insanı yanılmağı qoymur; tərəfsiz sevgi fərdi sevginin də zəmanətidir. (Mu-Ti)скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!