Səninlə 2 saat......Sənsiz bir ömür boyu...

Səninlə 2 saat......Sənsiz bir ömür boyu...
Sevgi Dünyası
10.09.2017 14
İndi bunu oxuduğunu bilirəm.. Səni görür kimi oluram.. Düşünürəm yazıram, acımı bölüşüb yazıram.. OXU!

Mən susanda ağlına pis fikirlər gəlir deyərdin - Mən indi tək acıma susuram, səni itirdiyim üçün susuram. Səni heç qazana bilmədim ki, özümdə saxlaya bilim..

Sanki heç danışmaq istəmirsən deyərdin – Mən sənsiz bir gün belə keçirtmək istəmirdim. Susqunluq sənin qəlbinin və ruhunun gözəlliyi qarşısında susmaq idi

Mənim haqqımda nə fikirləşirsən deyərdin – Mən indi mənim mələyimin məndən uzaq olmasını fikirləşidirm.. Xəyallarımın tək istəklərinin yox olması idi...

Məndən nə istəyirdin deyərdin – İstəklərimi səninlə birlikdə keçirtmək, əllərinə toxunmaq, sənə sarılaraq saçlarına oxşamaq idi. Yanaqlarından öpmək, gözlərindəki gözəlliyi görmək idi..

Darıxmırsan deyərdin – Yalnız sənin üçün darıxırdım deyərdim. İndi gözlərimə baxmağına darıxıram, üzümdə təbəssüm yaratmağına darıxıram. Tək o gün üçün darıxıram.

Mənə gözəl qəlbin olduğunu deyərdin – O, gözəl qəlbi gözəl edən sənin qəlbin idi. Səni tanımaq idi o qəlbi gözəl edən..


Dediklərin çox idi, sənə deyəcəklər ondanda çox idi..Zamanlı vaxta zamansız tanımaq idi..
Səninlə 2 saat......Sənsiz bir ömür boyu idi..

Günlərlə danışdıran ruhum, saatlara sənə bağlanan ürəyim. İstəklərdi səni sevdirən..
Dünənlər idi, yazdıqlarım idi.. Onlar idi dahada sənə qarşı istəyimi isidən.. İndi tək şeyi bil...

"Onlar" keçib gedəndən sonra, geriyə qalan sadəcə əlimdəki üzük...
İstədiyimi mənə tez-tez xatırladacaq, sevdiyim tək üzük...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!