Xəyanətlərin və boşanmaların sayının artmasının səbəbləri nədir

Xəyanətlərin və boşanmaların sayının artmasının səbəbləri nədir
Sevgi Dünyası
10.09.2017 26
Bu gün əksər gənclərin məcburiyyət olmadan nikah bağlamalarına baxmayaraq, ailə səadətinə nadir hallarda rast gəlinir.

Xəyanət və boşanmalar ifrat həddinə çatıb. Bəs, bunun real səbəbi nədir? Niyə seçdiyimiz insanla sevinərək ailə qurur və bədbəxt olub boşanırıq?

"Facebook” və virtual münasibətlər

İndi insanların ünsiyyət üçün əhatə dairəsi genişdir. İnsanlar bir-biri ilə sosial şəbəkələrdə tanış olurlar. Əvvəllər isə belə şeylər yox idi. Hamı internetdə özünü nümunəvi göstərməyə çalışır. Fikir versəniz, istifadəçilərin çoxu öz şəklini qoymur. Hansısa aktrisanın və ya müğəninin şəklini qoyur. Virtual münasibətdə daha üstün görünmək istəyi bu münasibəti maraqlı edir. İnkişaf hesab olunsa da, internetin virtual münasibətlərə şərait yaratması boşanma və xəyanətlərin sayının artmasına səsəb oldu.

Boş-boş xəyal qurmaq

Subay vaxtı görüşə gedəndə oğlan və qız səliqəli olur, bir-biri ilə yaxşı davranırlar. Ailə içərisində isə tamamilə fərqli olurlar. Xanımlar yorğun da olur, makiyajsız da olur. Ailə qurana qədər oğlan və qız bir-birini ancaq "qonaq gedən” vəziyyətində görüblər. Evdəki halında görməyiblər. Çox vaxt da bu münasibətləri soyudur.

Ailə qurmamışdan əvvəl insanlar beyinlərində ailə həyatı haqqında müəyyən fikirlər formalaşdırırlar. Həmin fikirlər qurduğu ailə ilə üst-üstə düşməyəndə problemlər yaranır. Beyində müqayisə başlanır. Çünki ailə qurmamışdan əvvəl beynində xoş şeylər canlandırmışdı, amma onun əvəzinə problemləri gördü.

Ən çətini ailə həyatının ilk illəridir. Yeni ailəyə adaptasiya olmaq, onun qaydalarına uyğunlaşmaq vaxt tələb edir. Bir insanın buna dözümü yoxdursa, heç cür yeni qaydaları qəbul edə bilmirsə, ailəsi dağılır. Onlar yeni ailəyə uyğunlaşmaq əvəzinə daim "Bizim ailədə belə deyildi!”,  "Mənim atam belə deyildi” və s. düşünür, özlərinə və ətrafdakılara əzab verirlər.

Əsas problemlər bundan sonra başlayır

Gənclər öz aralarındakı münasibəti qaydasına qoya bilərlər, amma aralarına kimsə girəndə, yəni ki, qayınana vəziyyət bərbad olur. İndi əksər gənclər ayrı yaşamaq istəyir. Ona görə ki, özlərini müəyyən çətinliklərə hazır hiss etmir.

Qayınana gəlinə doğmalığı hiss etdirməlidir. Əgər qayınana gəlinə ailənin bir üzvü kimi yanaşsa, ona hər şeyi doğmaya başa saldığı kimi desə, ailədə söz-söhbətlər bitər.

Qayınana ər və arvad arasındakı münasibətə qarışmamalıdır. Anlamalıdır ki, artıq ailəmin tərkibində kiçik bir ailə var. Qadın harasa gedəndə və ya nəsə etmək istəyəndə yalnız həyat yoldaşından icazə almalıdır. Onun qayınana, qayınata, evdə kim varsa, hamıdan icazə almağa ehtiyacı yoxdur. Onda elə çıxır ki, hələ də bu ailə qəbul olunmayıb.

Fikir versəniz, ailə söz-söhbətləri arasında qayınatanın obrazı kənarda qalır. Çünki qayınata ailəyə gələn qonağı daha yaxşı başa düşür. Onlar birlikdə mətbəxi paylaşmırlar. Bir qadının hakimiyyəti onun mətbəxində olur. Gəlin isə artıq mətbəxə şərik gəlir.

Bəzi ailələrdə mətbəxi qayınana idarə etməyə davam etsə də, bir müddətdən sonra şikayətlənməyə başlayır.

"Gəlin evin süpürgəsidir” kimi düşünən ailələr də çoxdur. Hər işi gəlinin üstünə atırlar. Gəlin-qayınana bir-birini az görən ailələrdə konfliktlər daha azdır.

Ailə qurarkən yaşa da fikir vermək lazımdır. Çox erkən yaşlarda və ya gec qurulan ailələr də tez qırılır. Çox gec olduqda, artıq şəxs hər şeyə görə danışmağa, qıcıqlanmağa başlayır. Özünün müəyyən problemləri yaranır. Orta qızıl həddi tapıb həmin vaxt ailə qurmaq daha önəmlidir.

Sonsuzluq problemi

Bu gün ailələrin əksəriyyəti sonsuzluq probleminə görə dağılır. Sonsuzluqdan əziyyət çəkən bir çox pasientlərimiz xarici ölkələrdə həkimlərə gediblər. Həkimlərin qoyduğu diaqnoz isə psixoloji problemlər olub. İnsan gərgin və narahat olanda, stress keçirəndə bu, uşaq dünyaya gətriməyə də mane olur.

Ailənin sonuna çıxan yoxsulluq

Yoxsulluğa görə də boşanan və ya xəyanəti seçənlər var. Bəzi insanlar pulun hesabına müəyyən boşluqları doldurmaq istəyir. Pula görə xəyanət edir və ya həyat yoldaşları kasıb olduğu üçün onu atır.

İntim münasibətlər

Biz pasientlərə məsləhət görürük ki, həftədə 3 dəfə münasibətdə olsunlar. Bunu istəyib-istəməməkdən asılı deyil. Bədənin funksiyası bu cürdür. Münasibət olmadıqda bədən əsəbi və gərgin olur. Tərəflər bir-birinin xətrinə dəyir, bir-birində səhv axtarmağa başlayırlar. Əgər ailədə intim münasibətlər normaldırsa, problemlər də azdır.

Ailədə sevgidənsə çox, bir-birinə qarşı hörmət önəmlidir. Ər və arvad bir-birini başa düşməli, dost olmalıdırlar.

Xəyanətə gətirib çıxaran amillər var

Kişi qadınla maraqlanmalıdır. Qadın hiss etməlidir ki, onunla maraqlanan, ona qayğı göstərən bir insan var. Bu eynilə qadınlara da aiddir. Qadın da kişi ilə maraqlanmalı, çox istədiyini bildirməli, əzizləməlidir. Kişinin evdə rahatlığı olsa, niyə də xəyanət etsin?

Lalə Əhmədova, psixoloqскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!