Günəş olaq, yoxsa külək?!

Günəş olaq, yoxsa külək?!
Sevgi Dünyası
10.09.2017 25
Uşaq olanda Ana dili kitabımızda" Günəşlə küləyin mübahisəsi" adlı bir nağıl vardı. Çox ibrətamiz bir nağıldı. Uşaq olsam da, çox sevirdim həmin nağılı, demək olar ki, hər gün oxuyurdum. Ən qəribəsi isə odur ki, həmin nağıl mənim bütün həyatıma müsbət təsir etdi. Mən ömrüm boyu "Günəş olmağı" seçdim. Həmin nağılı sizlərlə paylaşmaq istədim. Mənə maraqlıdır ki, həyatınızda "Günəş olmağı" seçərsiz, yoxsa, "Külək olmağı"?

Gözəl bir yaz günü idi.Küçə ilə bir kişi gedirdi. Əynində plaşı, başında papağı vardı. Günəşlə külək bu kişini görüb mübahisə edirlər ki, hansı bu kişinin plaşını, papağını soyundura bilər? Nəhayət, qərara gəlirlər ki, hər ikisi öz "gücünü" göstərsin. Əvvəl külək işə başlayır. Güclü sürətlə əsməyə başlayır. O qədər şiddətlə əsir ki, az qalır ağaclar kökündən çıxsın. Tozanaq fırtına kimi burularaq qarşısına keçən hər şeyi süpürüb aparmaq istəyir. Lakin, külək şiddətləndikcə, kişi plaşının bütün düymələrini bağlayır, papağını başına daha bərk basır. Külək şiddətlə vıyıldayıb əsdikcə, kişi bir əlilə papağından, bir əlilə isə plaşının yaxasından bərk-bərk yapışaraq yoluna davam edir.Qəzəblənən külək bir az da şiddətlə əsməyə başlayır. Kişi getməyin mümkün olmadığnı görüb, bir dibarın dibində durub, küləkdən qorunmağa çalışır.

Bunu görən Günəş küləyə deyir:

Daha bəsdir, sən bacarmadın. Bir mən də sınayım.

Qəflətən başlayan külək, elə qəflətən də dayanır. Günəş çıxır, öz qızılı tellərini hər tərəfə yayır. Hava isinir. Küləyin qorxusundan divarın dibində gizlənən kişi qalxıb yoluna davam edir. Günəş bir az da yuxarı qalxıb, nur səpələyir. Hava elə isinir ki, kişi əvvəl plaşını, sonra da papağını çıxarıb qolunun üstünə alır və həvəslə yoluna davam edir.

Külək bu işə təəccüblənir və məğlub olduğunu etiraf edir.

Günəş isə deyir:

Bir iş görmək istəyəndə mütləq xoşluqla, mehribanlıqla , "nur səpələyərək" etmək lazımdır. Yoxsa, siz külək kimi əsdikcə, qarşınızdakı insan da bu yolçu kimi bürünəcək və sizdən uzaqlaşacaq.

Mənə çox maraqlıdır, bəs sizlər necə, həyatda Günəş olmağı seçmisiniz, yoxsa, Külək olmağı?!

Ancaq, cavablar tam səmimi olsun.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!