“ Etiraf edək ”

“ Etiraf edək ”
Sevgi Dünyası
10.09.2017 38
" Həyat niyə belə ədalətsizdi? "
– Həyat çox istədiyin şeyi verməz sənə, amma ehtiyacın olmadığı şeyi qarşına çıxarar.

" Sevgi budurmu? "
– Birini sevirəm deyərsən üz-üzə gəldiyində, amma ürəyində bir - iki gündə fırladım ataram deyərsən.

" Ana və Ata sevgisi "
– Ana atamı çox istiyirəm deyərsən. Amma elə vaxt gələr ki, bezərsən hər şeydən, ana - atanın sözləri sənə əziyyət verər.

" Ağıllı insan "
– Ətraf cəmiyyətdə olduğun anlarda lağ edərlər səninlə, içindən cavab vermiyim deyərsən. Onlar səni qanmaz sayarlar.

" Dostluq "
– Çalışarsan dost olasan biri ilə, yaxınlaşarsan ona. İstifadə edir mənnən, mənnən yoxdu ki, gəlir mənimlə yaxınlıq edir deyərlər.

" Düşmənçilik "
– Yıxmaq istəyərsən düşmənini, əzmək, ziyan vurmaq gələr içindən. Ancaq dostunun sənə verdiyi zərəri bəlkə də heç dümənin etməmişdi sənə.

" Günahkar insan "
– Sevirəm Allahı, nə günahım var ki deyər çoxları. Amma əməli göz qarşısındadı həmin adamın.

" Hərislik "
– İnsan sevir pulu, mal - dövləti, olanda pulu fikirləşməz kasıbı, acından öləni.

" Səbrsizlik "
– İnsanın yaradışında var səbrsiz olmaq. Lakin imtahanın sualıdı - səbrsizlik. Cavabıdı - dözümlülük. Qiymətidi - Xoş gün.

" Gülərüzlülük "
– Bəzən bir insana gülümsəmək sədəqədir.

" Acıdillik "
– Acıdillik - verər insana dər - kədər, uzaqlaşdırar səndən dostu - sirdaşı.

" Əlil insan "
– İnsanlar ona verilən əzaları ilə günah edər, ancaq əli qolu olmayanlar baxıb ağlayar bu mənzərəyə. Deyər ki, kaş mənimdə olardı ancaq etməzdim o işi.

" İşarətlər "
– Ağıllı ola gərək insan, ona çatdırılan xəbərdarlığı anlasın deyə.

" Çətin vəziyyət "
– Dara düşən zaman insanın ilk yadına Allah düşür. Ancaq günah edən zaman nədənsə o fikir gəlmir ağıla.

" Allah sevgisi "
– Bəziləri Allah yoxdu, olsa görərdim deyər. Bəziləri isə qəlb gözü ilə görər Tanrısını.

" Sevgi "
– Sevgi insanı yaşadar, dəyməz dünyanın naz - neməti bir xoş sözə, şirin gülüşə.

" Yaşamaq eşqi "
– Gedir hər dəqiqə, gedir hər gün, qədrini bilmir insan.

" Qısqanclıq "
– Qısqanar ana oğlunu gəlinindən, qısqanar insan sevgilisini yadlardan, qısqanar dost - dostu yaxınlardan.

" Təkəbbürlük "
– İnsan böyük göstərmək istəyər özünü başqaları yanında, bir zəif görəndə cumar üstünə. Hey göydən aparar özünü.

" İntiqam hissi "
– Biri sənə pislik edəndə mütləq alaram intiqam deyərsən, ancaq onun xoş bir sözü aparar ağlından intiqam hissini. Buna da sevgi deyilər.

" Jestlər - mimika "
– Birinə etdiyin yaxşı hərəkət qalmaz o qədər də ağlında, ancaq buraxdığın bircə səhv yuyub aparar etdiyin yaxşılıqları.
– Qaşından gözündən oxuyarlar sənin fikrini, sevgini, hirsini.

Yazının müəllifi: Tural Məhərrəmov.
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!