Sığınıb, ən uc nöqtəsindən tutaraq yaşa

Sığınıb, ən uc nöqtəsindən tutaraq yaşa
Sevgi Dünyası
10.09.2017 5
Bağlanmayacaqsan bir şeyə, elə kor-koranə. 
"O olmazsa yaşaya bilmərəm. " deməyəcəksən. 
Deməyəcəksən yəni.Yaşayarsan çünki. 
Elə bəylik sözlər deməyə ehtiyac yoxdu ki. 
Çox sevməyəcəksən məsələn. 
O daha az sevərsə qırılarsan. 
Və onsuzda adətən o daha az sevər səni,
Sənin onu sevdiyindən… 
Çox sevməzsən, çox da ağrıtmaz.



Çox sahiblənməyəndə, çox da aid olmazsan həm. 
İşlədiyin binanı, stolunu, telefonunu, cüzdanını… 
Hətta əlini, ayağını belə çox sahiblənməyəcəksən. 
Sənin deyillərmiş kimi davranacaqsan. 
Həm heç bir şeyin olmazsa, itirməkdən də qorxmazsan. 
Onlarsız da yaşaya bilərmişsən kimi davranacaqsan.



Çox əşyan olmayacaq məsələn evində. 
İstədiyin kimi rahat yeriyə biləcəksən azad.  Yox, əgər nəyəsə bir şeylərə sahiblənəcəksənsə,
Göyün üzünü sahiblənəcəksən, 
Günəşi, ayı, ulduzları… 
Məsələn dan ulduzu, sənin ulduzun olacaq.
"O mənimdi." deyəcəksən.



Mütləq sənə aid olmağını istiyərsənsə bir Şeylərin… 
Məsələn göyqurşağı sənin olacaq. 
Nəyəsə bir şeyə aid olacaqsansa, rənglərə aid olacaqsan. 
Məsələn narıncıya ya da çəhrayı...



Ya da cənnətə aid olacaqsan. 
Çox sahiblənmədən, Çox aid olmadan yaşayacaqsan. 
Həm hər an ovuclarından itib gedəcəkmiş kimi, 
Həm də həmişə sənin qalacaqmış kimi həyat. 
İlişib yaşayacaqsan həyatda. Ucundan tutaraq…скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!