Biri var idi,biri yox. Bir....

Biri var idi,biri yox. Bir....
Sevgi Dünyası
10.09.2017 3
Mən həmişə gözəl dünya istədim,gözəl insanlarla yaşamaq.Biri var idi,biri yox...



Mən insanların hər iki üzünü də göstərməklərini istədim.Biri var idi biri yox...



Mən istədim bütün şəhərlərimiz inkişaf etsin,gözəlləşsin,amma Biri var idi biri yox...



Mən qar yağmağını istədim ,Bakının bütün çirkablarını örtsün,gözəlləşdirsin.Biri var idi biri yox...



Mən hər kəsin yanında dost da görmək istədim,sevgili də.Biri var idi biri yox...



Mən uşaqlar zəhmət sevər olsun istədim,gözəl həyatları olsun.Biri var idi biri yox...



Mən istədim həmişə analar övladlarını istəsinlər,atmasınlar onları sağlam,gözəl şəkildə böyütsünlər.Biri var idi biri yox...



Mən həm sevilmək istədim,həm də sevmək.O mənim üçün ağladı,mən sənin üçün,yenə də Biri var idi biri yox...



Mən istədim xəyalin da ,sən də həmişə yanımda olsun.Biri var idi biri yox...



Mən bu gözəl nağılda göydən 3alma düşsün istədim ,Biri mənim olsun-nağıl qəhrəmanı olum.Nağılda belə İkisi var idi,biri-Mən yox...



Olan olub, keçən keçib bəlkə də

İndi daha kövrəlməyin yeri yox

Ömür boyu belə gəlib mənimki

Əvvəlimdən biri var idi,biri yox...



Vaxt gələcək bu günü görəcəksən

Çox suala gözünü döyəcəksən

Vaxt gələcək sən özün deyəcəksən

Deyəcəksən biri var idi,biri yox..скачать dle 11.3
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!