Deyirlər...bilmədən..

Deyirlər...bilmədən..
Sevgi Dünyası
10.09.2017 7
15 yaşlı bir qız yanında bir körpəsi ilə gəzərkən, insanlar onun arxasıyca "qızmış" , "tərbiyəsiz" kimi kobud sözlərlə səslənərək onu "Fahişə adlandırırlar.

Əslində isə bilmirlər ki "Fahişə" adlandırdıqları bu qızcığaz 13 yaşında təcavüzə məruz qalıb



Kilosu çox olan bir adam görəndə insanlar ona "qarınqulu", "pivə boçkası", "gombul" kimi sözlər deyir

Əslində isə bilmirlər ki "az ye dəəə ay gombulll" dedikləri o insanın çəkisi çox yediyi üçün deyil, xəstəliyi ucbatından artır.



İnsanlar saçı tökülmüş bir qadına "az fenləyərdin saçını" deyib onu mühakimə edərək "keçəl" adlandırırlar, lağa qoyurlar əslində isə bilmirlər ki "keçəl" adlandırdıqları həmən qadının saçları xərçəng xəstəliyinə tutulduğu üçün tökülür



İnsanlar üzü gözü çapıq olan, əlini, ayağını itirmiş birinə "çirkin" deyərək ondan qorxurlar, iyrənirlər. Əslində isə bilmirlər ki, həmən "şikəst" dedikləri Vətəni uğrunda döyüşdüyü üçün, bizlərin, sizlərin əliniz ayağınız yerində olsun deyə döyüşərək müharibədə əl ayağını itirib



İnsanlar sevgiyə inanmayan " sevgi yoxdur " deyən birinə "daş ürəkli deyirlər". Əslində isə bilmirlər ki, o "daş ürəkli" adlandırdıqları həmən şəxs bir zamanlar , sevgisi üçün malını, canını, son damla qanını belə qurban verməyə hazır olduğu halda, aldadılıb, xəyanətə uğrayıb.



İnsanlar uzun illər məhbus həyatı yaşamış birinə "qatil" deyirlər. Əslində isə bilmirlər ki, "qatil" adlandırdıqları həmən şəxs ana bacısının namusunu qorumaq üçün kimisə öldürüb.

 

İrəlidə olacaqları görmək, baş verə biləcək hadisələri təxmin etmək qeyri mümkündür. Həyatın nə zaman və nə şəkildə nələri qarşımıza çıxaracağından hər birimiz xəbərsizik. Çox imkanlı olan birinin qumarda müflis olduğunu, varını, dövlətini, sərvətini əlindən buraxıb bir qəpiyə möhtac qaldığını, yaxud da ki keçmişdə dilənən, zibilliklərdən çörək tikələri tapıb onunla qarnınını doydurmağa çalışan birinin hal hazırda böyük holdinqlərə, villalara, ən son model maşınlara sahib olduğunu zaman zaman eşidir, tv ekranlarından görürük.



Həyat yaxşı eləcə də pis surprizlərlə doludur. Odur ki, nə oldum deyil, nə olacağam deyə düşün. Unutma, sabahın sığortalanmayıbdır!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!