Bir daha gəldiyimdə qarşında ümid, arxanda peşmanlıq olmasın!

Bir daha gəldiyimdə qarşında ümid, arxanda peşmanlıq olmasın!
Sevgi Dünyası
10.09.2017 72
Tıq, tıq, tıq…

- Kim o?

- Hazırlan gedirik. ......

- Sən kimsən? Hara gedirik?

- Sıran gəldi. Gerçək evinə gedirik.

- Gerçək evmi? Sən! Yoxsa!

- Bəli. Haydı gedək.

- Dayan bir dəqiqə. .bir sürü yarım işim var.

- İş yarım qalmaz. Bəziləri tamamlayar. Əylənmə artıq.

- Uşaqlar, onlar daha çox kiçik, heç olmasa vidalaşsaydım.

- Sən olmadan da böyüyərlər, haydı gözləyirlər.

- Gözləyirlərmi? Onlar da kim?

- Gedincə görərsən.

- Anladım. Anladım amma ürəyini qırıb, könülünü al/götürə bilmədiklərim, yaxşılığını görüb, qarşılıq verə bilmədiklərim var. Anlayacağın borclu getmək istəmirəm.

- Bunu zamanında düşünsəydin!

- Zamanındamı? Yaxşı da mən daha zamanım var sanırdım.

- Hamınız eynisiniz.. Zaman dediyin, içində olduğun an.. Bunun sonrası yox.

- Kaş ki, kaş ki….

- Davam etmə. Bu günü yaşayarkən həmişə sabah var kimi davrandın. Üstündəki formanın məsuliyyətləri var.. Yerinə yetirmədin... Bu sənə bir xəbərdarlıq idi. İndi getmirik… Amma hər an gedə bilərik.. Bir daha gəldiyimdə qarşında ümid, arxanda peşmanlıq olmasın!...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!