Xəyanəti hansı əlamətlər biruzə verir

Xəyanəti hansı əlamətlər biruzə verir
Sevgi Dünyası
10.09.2017 14
Kişilərin xəyanətini iki əlamətə əsasən, bilmək olar. D.Rzayev qeyd edib ki, bunlardan ən əsası kişinin arvadına yaxın durmamasıdır: "Azərbaycanda, ümumiyyətlə, belə şeylər olur. Əsasən də, evliliyin ilk aylarında arvadına qarşı diqqətli olan ər, uşaq dünyaya gələndən sonra arvadına qarşı soyuyur. Bu qadına pis təsir etsə də, normal bir davranışdır. Ona görə ki, təbiətcə insanın əsas məqsədi nəsli davam etdirməkdir. Uşaq dünyaya gəldikdə isə elə bil ki, bu funksiya yerinə yetirilir”, - deyə psixoloq əlavə edib ki, ər tez-tez arvadına yorulduğunu və s. bəhanə gətirərək yaxın ünsiyyətdən qaçırsa, onun həyatında başqasının olması ehtimalı çoxdur. Ola bilər ki, ər hansısa psixoloji problemlər yaşadığı üçün də bu cür hərəkət edir.

Xəyanətə işarə edən ikinci əlamət isə kişinin davranışının dəyişməsidir. Ola bilsin ki, hər şey yaxşı olduğu halda da ər nədənsə qəmgin və fikirli görünür. Həmişə münasibətləriniz yaxşı olsa da, pozulmağa başlayıb. Bu onu göstərir ki, hansısa qadın xoşuna gəlib. Lakin bu cür davranış işlərində problemlərin olduğundan da xəbər verə bilər. Belə ki, kişilər qadınlara nisbətən maddi durumun pisləşməsinə, işlə bağlı problemlərə daha çox reaksiya verirlər. Uzun müddət aralarında yaxınlıq olmayanda da kişidə istək azala bilər. Qadının xəyanət etdiyini göstərən əlamətləri isə tapmaq çox çətindir.

Qeyd edək ki, qadınların guya ki, səbəbsiz yerə kədərlənib ağlamaları və ya əksinə olaraq hardansa gəldikdən sonra hədsiz sevinmələri, həyat yoldaşının qarşısında özünü günahkar kimi hiss etmələri, mobil telefonu üzdə qoymamaları, zəng və ya mesaj gələndə həyəcanlı olmaları onların xəyanətinə işarə edir.

Müsahibimizin dediyinə görə, çox vaxt qadınlar kişidən qadın ətrinin iyi gəldikdə və ya üstündə qadın teli gördükdə şübhələnməyə başlayırlar. Lakin bu, təsadüfən, kişi hansısa iş yoldaşı ilə görüşəndə və yanağından öpəndə də baş verir. Qadın telləri isə geyimə hər yerdən yapışa bilər. Nəzərə almaq lazımdır ki, bu, bir-iki dəfə təsadüfən baş verə bilər, üçüncü dəfə isə artıq şübhə doğurur. Yaxşı olar ki, tapılan tellər yığılıb saxlanılsın. Sonra isə eyniləşdirilsin. Əgər tüklər eynidirsə, narahatlığa əsas var. Qadın və ya kişinin xəyanət etdiyini öyrənmək üçün "sms” və zəngləri çap formasında çıxartdırmaq da olar. Eləcə də, dedektiv tutmaq və sevdiyin insanın izlənməsini də sifariş etmək mümkündür.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!