NƏ OLAR SEVGİLİM, SƏN KÜSMƏ MƏNDƏN

NƏ OLAR SEVGİLİM, SƏN KÜSMƏ MƏNDƏN
Sevgi Dünyası
10.09.2017 277
NƏ OLAR,SEVDİYİM ,SƏN KÜSMƏ MƏNDƏN

Bilmirsən qəlbimdə fırtınalar var,
Sızlayan,qaynayan nə yaralar var.
Taleyimə düşən nə qaralar var,
Ürəyim ,nə olar ,sən küsmə məndən.







Həyatım çağlayan dəli bir ümman
Sahilə çıxmağa qalmayıb guman
Onsuzda başımın üstü çən-duman
Nə olar, sevdiyim ,sən küsmə məndən.








Ürəyim nişangah, kədərim oxdu
Dərdimə təsəlli verənim çoxdur.
Onsuz məndən umub-küsənim çoxdur,
Bir yandan nə olar sən küsmə məndən








Səhrada qalmışam suya möhtacam
Qaranlıq zülmətdə nura möhtacam
Ürəkdən sevdiyim yara möhtacam
Nə olar ,mələyim ,sən küsmə məndən.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!