Bir uşağa Sual verdim "Sevgi Nədir?"

Bir uşağa Sual verdim
Sevgi Dünyası
10.09.2017 6
Bir uşağa Sual verdim "sevgi nədir?" deyə
"Sevgi evdəkilərin məni sevməsidi" dedi
 
Bir yaşlı kişiyə Sual verdim "sevgi nədir?" deyə
"Obiri dünyada olan bir parçam" dedi

Bir əsgərə sual verdim "sevgi nədir?" deyə
"Sadəcə ailəmin həsrəti" dedi

Yanında körpəsiylə gəzən qadına sual verdim "sevgi nədir?" deyə
"Bu şirin körpədi" deyə cavabladı

Bir dilənçiyə sual verdim "sevgi nədir?" deyə
"Hər gecə qarnımın doyması" dedi

Bir cavan oğlana sual verdim "sevgi nədir?" deyə
"Sevgi varki?" deyə dilləndi

Bir kefli oğlana sual verdim "sevgi nədir?" deyə
"Günü gündən şam kimi əriyib sönməkdi" dedi

Bir genc qiza sual verdim "sevgi nədir?" deyə
"Gözlərdə yaşdı" deyə cavabladı

Bir yaşlı qadına sual verdim "sevgi nədir?" deyə
"Sevgi həsrətdi" dedi

Bir əxlaqsız qadına sual verdim "sevgi nədir?" deyə
Gülərək "puldur" dedi

Hər birimiz üçün sevgi müəyyən məna kəsb edir.
Mücərrəd olduğu üçün tam bir tərifi yoxdur.

Buyurun siz təriflərinizi verin sevgiyə aid.

Bu suala indidə siz cavab verin.
Sevgi nədir?скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!