Qurulan sevgilər

Qurulan sevgilər
Sevgi Dünyası
10.09.2017 17
"Sevgilər qurulub bədən fiquraları üzərində,



Sevgilər qurulub rəngli kağızlar,rəngli dəmirlər,parıldayan daşlar üzərində,



Sevgilər qurulub saxta pərdəlilərin sıranmaq planı üzərində,



Sevgilər qurulub haralısan ? kimlərdənsən? sualları üzərində,



Sevgidə hörmət yaranib flankəslərdənəm,flan yərdənəm cavabları üzərində,



Sevgilər qurulub tanışlıqları çirkin qəlbi ört basdır edən gözəllik verən brand parçalar üzərində,



Sevgilər qurulur beyin və qəlb yox,cinsi hisslər üzərində,



Sevgilər qurulub uşağın olmasa boşanacayıq şərtləri üzərində,



Sevgilər satılır mən nişanlıyam amma Dan Balanin konsərtinə bilet alsaydın gəcəni bərəbər olardıq təklifinə,



Sevgilər qurulur 'az gəz kəf elə' taparıq lox idealogiyasi üzərində,



Sevgilər qurulur namuslu,tərbiyyəli,namaz qılan qızam inanmasan atv-ans 'toy olsun' verlişlərindəki anketimi oxu senarisi üzərində!



Sevgilər qurulub sevgidən başqa hər cür maraq üzərində! "





Qur sevgivi bir-birinə sadiq çox mədəni ana-atanın qız övladını və ya şəhərdə hörmətli-qeyrətli bir oğlanın cox namuslu bacısı ilə,



Qur sevgivi zənginliyə və ya kasıblığa baxmadan aradakı səmimiyyətə görə,



Qur sevgivi onunla ki, corabın cırıq-qarnın ac da olanda ona etiraf edə biləsən,



Sevgi qur gözü tox-dünya görüşlüsü ilə ki bentley sahibi olsa da avtobusdan danışa bilsin,



Sevgi qur o kəslə ki kasıb olsanız bərabər gələcək ailə ücün zəhmət çəkməyə utanmayasınız,



Sevgi qur bütün çətinliklərə və gözəlliklərə bərabər addım atmaq düşüncəsi üzərində!!!



Hər iki tərəf üçün hörmət kəlməsi yalnız Allaha sevgi,validəyinlərə layiq olmaq,gələcək övladlara yüksək seviyyəli tərbiyyə vermək anlamından ibarət olsa,ümümiyyətlə sevgi kəlməsi bu yazdıqlarımdan ibarətdir deyə dərk edib bu cür yaşansa inanmıram ki bir vaxtlar bir birini sevən Sevgililər bu gün məhkəmədə qızıl davası,mülk davası etsin və düşmən olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!