Qızıma məktub...

Qızıma məktub...
Sevgi Dünyası
10.09.2017 23
Bu gün 17 yaşını bitirib 18 yaşına qədəm qoyursan. Bu , artıq, özünə istiqamət verə biləcəyin bir çağa girdin deməkdir.
Bir müddətdən sonra şübhəsiz ki, ailə quracaqsan. İlk öncə sənə bunu demək istəyirəm, bəyaz gəlinliyin içində evlənəcəyin insana doğru irəlilədikcə əynində daşıdığın geyim qədər saf və təmiz olmalısan!
Yalnış davranışlarda bulunub bunun kimsə tərəfindən anlaşılmayacağını düşünərək xoşbəxtlik axtarmaq istəsən, yanılarsan, qızım.
Çünki vicdanın səni cəzalandırar və özün xoşbəxt olmadığın kimi xoşbəxt də edə bilməzsən!
Bütün həyatına möhür qoya biləcək bu cür macəralardan uzaq dur.
Ailə qurduqdan sonra önündə yep yeni və bambaşqa bir həyat görəcəksən. Bunun gözəl tərəfləri olduğu kimi, çətin və üzücü tərəfləri də olacaqdır.
Evlilikdə hər vaxt ağlında olan ilk şey həyat yoldaşına olan məhhəbbətin və bağlılığın olmalıdır, çünki, ailə içində hiss edə biləcəyin xoşbəxtlik və rahatlıq buna bağlıdır. O, işdən evə gələndə artıq qapıdan onu təbəssümlə qarşılamalısan, əsəbi olsa belə. Əsəbiliyi isə gün ərzində yaşadıqlarından qaynaqlana bilər. Bunu anlayışla qarşıla. Ən əsas vəzifən də elə buradan başlayacaq, gözəl balam.
Ərinin sənə gün ərzində yaşadıqlarını danışması üçün fürsət ver, imkan yarat - o, buna çox sevinəcək. Sevildiyini bilən kişi qadınını da sevər, qızım...
Ailə daxilindəki vəzifəni layiqincə yerinə yetirə bilmən üçün uşaqlıq şıltaqlıqlarını kənara qoymalısan, bunu unutma. Əgər özündə bu gücü görə bilmirsənsə evlənmə, çünki qarşındakı insanı bədbəxt etməyə haqqın yoxdur, qızım...
Önəmli olan məqamlardan biri də, sənin üçün dəyərsiz, çox xırda görünən bir şey onun üçün dəyərli ola bilər. Bax, bu kiçik saydıqların zamanla böyüyüb problemlər yarada bilir ailədə.. Ona görə də bu kiçik anlaşılmamazlıqları vaxtında dərk edib həyat yoldaşının gözlədiyi kimi davranmalısan. Bu səni bəzən yora bilər, hətta üsyan etməyə vadar edə bilər, amma unutma ki, evlilikSONU OLMAYAN BİR FƏDAKARLIQ deməkdir.Sən lazım olan qarşılığı verdiyin zaman qarşındaki insan da bunu edəcək və o zaman yuvanız güclü və xoşbəxt olacaqdır.
Ən əsas məqama çatdıq...bu yazdığım sətirləri bir neçə dəfə oxuyaraq nə demək istədiyimi anlamağa çalış, qızım...
Hələ çox gənc və təcrübəsizsən. Ona görə də bəzi yerləri anlamaya bilərsən.
Məktubumu cırıb atma! Əksinə əlinin altında saxla ki, qərar verməkdə çətinlik çəkdiyin anlarda açıb oxuyar və doğru yolu seçərsən beləcə.
Yadında saxla ki, geyim kişilər üçün çox önəmlidir. Açıq-saçıq geyimə üstünlük vermə. Unutma ki, heç bir kişi qadınına başqalarının da ona o gözlə baxmasını istəməz və buna dayana bilməz. Əslində maskalanmış və bir az da kölgələnmiş gözəllik daha çəkicidir.
Sən həyat yoldaşının istəklərinə uy, Ətrafının əsiri olma!
Monoton qadın kimi görünməməyə diqqət yetir. Çünki, bu, eşqi öldürər.
Bəzən həyəcanlı, bəzən qısqanc, bəzən sakit, bəzən inadçı, bəzən pələng kimi yırtıcı, bəzən də pişik balası kimi nazlanan və sözə qulaq asan olmalısan ki, ərin hər şeyi səndə və yuvasında tapsın, gözü orda-burda olmasın.
Sənə ən son bunları demək istəyirəm, qızım:
Həyatda nə əkərsən onu da biçərsən.
Qısacası xoşbəxt olmaq istəyirsənsə ilk öncə xoşbəxt etməlisən!
Yolun və gələcəyin açıq olsun, Qızım!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!