Qadın kişiyə xəyanət edə bilərmi?

Qadın kişiyə xəyanət edə bilərmi?
Sevgi Dünyası
10.09.2017 7
Son illər dünyada qadın-kişi bərabərliyi müzakirə mövzusuna çevrilib. Məsələn, illər öncə bir kişinin xanımına xəyanəti adi qarşılanırdısa, indi qadınlar belə şeylərə heç də göz yummaq niyyətində deyillər. Hətta bəzən sosial şəbəkələrdə "kişi xəyanət edirsə, niyə qadın da etməməmlidir" məzmunlu müzakirələr də açılır.



Bəs görəsən kişi və qadın hansı hallarda bir-birinə xəyanət edə bilər? Ümumiyyətlə, dinimizə görə belə bir şey mümkündürmü?



İlahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənov açıqlamasında bildirik ki, dinimizə görə istər kişinin öz həyat yoldaşına, istərsə də xanımının ərinə xəyanəti bağışlanmır.



"Ümumiyyətlə, xainliyi dinimiz qadağan edir. Xainlik etmək münafiqlərin, yəni ikiüzlü insanların adətidir. Yəni səninlə olanda səni inandırır, səndən kənarda isə əleyhinə olur. Hər iki cinsin nümayəndəsinin xəyanəti Allahın razı olmadığı işdir, həmin cütlüklər arasında ayrılıq, bu əgər ailə daxilindədirsə, ailənin dağılmasına səbəb olan böyük təhlükədir. Bu səbəbdən həm kişi, həm də qadın xəyanətdən uzaq durmalıdır. Bu gün cəmiyyətimizdə mənəvi məsələlərə xüsusi diqqət ayrılır, insanlar doğru islam dəvətçiləri sayəsində öz dinlərini öyrənib yaşayırlar. Amma buna baxmayaraq, etiraf etməliyik ki, mənəvi boşluqlarımız daha çoxdur. Xüsusilə efirlərdə müxtəlif xəyanətlərdən bəhs edən mövzuların olması, xəyanəti öyrədəcək teleserialların verilməsi həmin seriaalların təsiri altına düşən qadınların öz ərlərinə xəyanət etməsi son vaxtlar şiddətli artım göstərməyə başlayıb. Bununla bağlı çoxlu zənglər, mesajlar, şikayətlər bizə də gəlir. Bunun həlli üçün maarifləndirici tədbirlər həyata keçirməlidir".



Bəs əgər qadın haqsız yerə ərindən boşanıb başqa biriylə münasibət qurmaq istəsə, onda necə? Ə.Həsənov sualımıza konkret faktla cavab verir:

"Mənim üzərində duracağım əsas məsələ bu günlərdə bir ailədə baş verən olayla bağlıdır. Ailənin 12 və 13 yaşında iki övladı var. Ata maddi cəhətdən elə də güclü imkana sahib deyil, uşaqlar məktəbdə oxuyurlar. Ana isə uşaqların atasına, öz həyat yoldaşına daha imkanlı biriylə xəyanət edir. Uşaqlar ananın bu hərəkətindən iyrənirlər. Onu heç cür qəbul etmək istəmirlər. İş o yerə çatıb ki, qadın imkanı zəif ərindən boşanmaq və imkanı güclü kişiyə ərə getmək üçün məhkəməyə müraciət edib. Məhkəmədə isə dünyəvi, hüquqi qanunlar ərinə xəyanət edən qadın tərəfdədir. Belə halda bəs dinimizə görə necə olmalıdır? Günahkar kimdir və övladların aqibəti necə olsun? Təsəvvür edirsinizmi bu, hələ sadəcə bir ailədə baş verən hadisədir. Belə xəyanətlər çoxdur və sonu heç də yaxşı olmur. İslam dininə görə bir kişi əgər bütün şərtlər yerindədirsə və ədalətli bir müsəlmandırsa, qadınlar arasında hamısını eyni səviyyədə saxlaya biləcəksə Allah təala tərəfindən 4 qadınla evlənməsinə icazə verilib. Həmçinin islam dininə görə boşama hüququ kişidə olur. Kişi qadına "səni boşayıram" dedikdən sonra qadın boşanmış olur. Əgər bir kişi müsəlman bir qadına əziyyət verirsə, onda qadını qaziyə müraciət edib, məsələni ona deyə bilər, ərinin haqsızlığını vəlisinə (onu ərə verən atası, yaxud da əmisi, dayısı) vasitəsi ilə şəriət qazisinə deyə bilər. Valideynlərinin və yaxınlarının məsləhəti ilə qadın ona zülm edən ərindən boşanma tələb edə bilər. Amma bir qadın özünə oynaş seçərsə, ərinə xəyanət edərək pozğun həyat tərzi yaşayarsa, bu 4 şahidlə təsdiq olunarsa, onda islam dininə görə həmin qadın zina etmiş sayılar. İslama görə evli qadın və kişi zina edirsə, cəzası daş-qalaqdır. Subay zina edərsə, 100 şallaq vurular. Bununla onun etdiyi günahın kəffarəsi (cəzası) verilmiş hesab olunur. Yüz şallaq vurulmaqla həmin şəxs Allaha günahsız olaraq qovuşar. Amma cəza ona tətbiq edilməzsə, günahını gizlədərsə, Allahdan bağışlanmasını istəyərsə Allah təala ya onu bağışlayar və ya Cəhənnəmdə uzun müddət yandırar".



İlahiyyatçı alim deyir ki, bütün bunların baş verməməsi üçün seçimi öncədən doğru etmək lazımdır:



"Evlilik məsələsində heç vaxt tələsmək olmaz. İstər qadın, istər kişi özünə həyat yoldaşı seçəndə onun Allaha iman edən olması, Allahdan qorxan olması, Allaha ibadət edən olması, yaxşı əməl sahibi olmasını nəzərə almalıdır. Bunu dəqiqləşdirməlidir. Bu çox təhlükəli və heç kimin heç nədən əmin olmadığı məsələdir. Qeyd etdiyimiz bu hadisədə isə qadının etdiyi islam dininə görə zina sayılır. Zina edənin də islam dinində ciddi cəzası vardır. Övladlarının atalarına qarşı xəyanət edən ananın yanında qalmaması, ondan iyrənmələri də normaldır. Ancaq dünyəvi hüququ cəhətdən məhkəmə qərarına görə övladlar müəyyən olunmuş yaş həddinə qədər ananın yanında qalmalıdırlar. İslam dininə görə yaşadığın ölkədə olan qanunlara tabeçilik göstərmək zərurəti vardır. Allah daha düzünü bilir. Kişinin xəyanəti də eyni ilə qadının xəyanəti kimi bağışlanmazdır. Bu məsələdə kişi ilə qadın arasında xüsusi fərq yoxdur".скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!