Xəyanət edənə xəyanət etməyin!

Xəyanət edənə xəyanət etməyin!
Sevgi Dünyası
10.09.2017 12
Sual: Özəl bir ofisdə çalışan bir nəfər var. Lakin  səhhəti ilə bağlı bəzi problemləri yaşadı və müalicə aldığı müddətdə işini dayandırmağa məcbur oldu. Müalicədən sonra təkrar işinə qayıtdı və işlədiyi günlər üçün haqqını tələb etdi. Lakin işə götürən onun hər hansı bir haqqının olduğunu etiraf etmir. Bu adamın pula ehtiyacı olduğundan işinin bir hissəsi kimi hər gün topladığı puldan müəyyən qədər götürməyə başladı. Öz haqqını götürməkdən başqa bir niyyəti yoxdur. Haqqında artıq heç nə götürmür. Bu cür etmək haramdır, yoxsa halal?



Cavab: Həmdü-sənalar Allaha məxsusdur.



Bu cür etmək halal deyil. Çünki haqqı olduğunu iddia etdiyi və götürdüyü pulu işəgötürən ona əmanət etmişdir. Bir şey əmanət olunan kəs mütləq əmanəti öz sahibinə qaytarmalıdır. Xəyanət etmək olmaz.



Allah-Təala buyurur:



"Allah sizə əmanətləri öz sahiblərinə qaytarmanızı və insanlar arasında hökm etdiyiniz zaman ədalətlə hökm etmənizi əmr edir. Həqiqətən, Allahın bununla (belə bir tapşırıqla) sizə verdiyi öyüd necə də gözəldir! Əlbəttə, Allah (hər şeyi) eşidəndir, görəndir!” [ən-Nisa 4:58]



Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) demişdir: "Sizə əmanət olaraq verilən şeyi sahibinə qaytarın və sizə xəyanət edənə siz xəyanət etməyin”.



Tirmizi, 1264; Şeyx əl-Albani "Səhih ət-Tirmizi”də hədisi səhih olaraq təsnif edib.



Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) əmanət olunan əşyaları öz sahibinə qaytarmağı əmr etmiş və xəyanətə xəyanətlə qarşılıq verməyi isənəhy etmişdir.



Daimi Komitəyə ünvanlanan sualda deyilir:



Bir kişi baqqal dükkanında işləyir və işəgötürən hər dörd yaxud altı aydan bir məvacibini verir. İşlədiyi həmin yerdə dükanın yiyəsinin xəbəri olmadan toplanan puldan öz aylıq maaşını götürə bilər?



Cavab: Dükan sahibinin xəbəri və yaxud icazəsi olmadan işlədiyiniz baqqaliyyə dükanında toplanan puldan maaşınızı götürməyiniz icazəli deyil. Məvacibinizi işəgötürəndən tələb edin, əgər o rədd cavabı verərsə, bu halda şikayətinizi müvafiq səlahiyyətli quruma bildirin ki, onlar müdiriyyəti ödəniş etməyə vadar etsinlər.



Daimi Komitənin Fətvaları, 15/145



Şeyxu-l İslam ibn Teymiyyə, (Allah ona rəhmət etsin), "Fətvalar Məcmuəsi”, 30/372 əsərində deyir:



"Əgər bir nəfərin digər birindən alacağı haqqı varsa, qarşı tərəfin icazəsi olmadan bu haqqı və yaxud buna bərabər tutulan məbləği götürə bilərmi? Bu iki şəkildə olur:



Birinci:



İddia etdiyi haqq üçün səbəb açıq-aydın olub qadının əri üzərində olan nəfəqə haqqı (geyim, qida və s. kimi xərcləmək) və yaxud atanın övladına baxım haqqı yaxud qonaq qaldığı yerdə qonağın qonaqcıllıq hüququ kimi sübut-dəlilə ehtiyac qoymamalıdır. Bu cür hallarda sözsüz ki, üzərində haqqı olduğu şəxsin icazəsi olmadan öz haqqını götürə bilər.



Belə ki, Səhiheyndə Hind bint Ütbə ibn Rabiətin belə söylədiyi təsdiq olunub:



"Ey Allahın Rəsulu, Əbu Süfyan simic bir kişidir, mənə və övladlarıma kifayət edəcək qədər (nəfəqə, baxım haqqı) vermir. Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) dedi: "Özün və övladlarına (adət-ənənəyə görə) kifayət edəcək qədər götür”. Elə isə mal sahibinin icazəsi olmadan müvafiq qədər götürə bilər. Eləcə də, əgər bir nəfərin malının açıq-aşkar qəsb yolu ilə əlindən alındığı məlum olarsa və insanların bu barədə xəbəri olarsa, qəsb olunan tərəf qəsb olunmuş malını və ya buna bərabər tutulan məbləği qəsb edəndən və sair götürə bilər.



İkinci:



Haqqını tələb etmək üçün səbəbin açıq-aşkar olmadığı vəziyyət.



Məsələn, qarşı tərəf iddia edən tərəfə borcu olduğunu və yaxud onun malını qəsb etdiyini təkzib edir və iddia edən tərəfin sübut-dəlili yoxdur. Bu barədə elm əhli arasında iki rəy var.



Birinci rəyə görə iddia edən tərəf haqqını götürə bilməz. Bu rəyin tərəfdarları Malik və Əhməddir.



İkinci rəyə görə isə haqqını götürə bilər. Bu, Şafeinin rəyidir.



"Haqqının olduğuna dair aşkar heç bir dəlilin olmadığı üçün iddia etdiyi haqqını geri götürə bilməz” rəyinin tərəfdarları dəlil qismində Sünən əsərində Əbu Hüreyranın (Allah ondan razı olsun) Peyğəmbərdən  (Allahın salavatı və salamı olsun) rəvayət etdiyi sözünü irəli sürürlər. Hədisdə deyilir: "Əmanəti sahibinə qaytarın və sizə xəyanət edənə xəyanət etməyin”. Həmçinin, "Müsnəd” əsərində Bəşir ibn əl-Xəsasiyə istinadən onun belə söylədiyi xəbər verilir: "Ey Allahın Rəsulu, bizim elə qonşularımız var ki, heç bir şey qoymurlar, nə gəldi götürürlər. Əgər onlardan bir şey götürməyə iqtidarımız olsa, bunu götürəkmi? O: "Xeyr, əmanət olunan şeyi sahibinə qaytarın və sizə xəyanət edənə xəyanət etməyin”.



Bu hədislərdən aydın olur ki, haqqı tapdanan tərəfin bu haqqı açıq-aşkar deyilsə və xəyanət edərək bu haqqını götürürsə- öz haqqına bərabər tutulan bir şeyi götürməyi nəzərdə tutub bununla belə ona əmanət olunana xəyanət etdiyindən onun bu cür etməyə haqqı yoxdur. Belə ki, ona mal-mülk əmanət edilmiş, o isə sahibinin izni olmadan bundan bəzi hissəsini götürmüşdür və haqqı olduğuna dair sübut açıq-aydın olmadığından xəyanət hesab edilir.



Çünki xəyanət özü-özlüyündə haramdır, odur ki, öz hüquqlarını bərpa etmək üçün bundan vasitə kimi istifadə edilməməlidir. Xəyanət yalanın növlərindəndir. Əgər deyilsə ki, bu xəyanət deyil, əksinə öz haqqını götürməkdir və Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) xəyanət edənə xəyanət etməməyi qadağan etmişdir, bu isə haqqı olduğundan daha çox götürməkdir. Bu arqumentin bir neçə baxımdan zəif olduğu qeyd olunmuşdur:



Birincisi, "Ey Allahın Rəsulu, bizim bəzi qonşularımız var, heç bir şey qoymurlar, nə gəldi götürürlər. Əgər onlardan bir şey götürməyə imkanımız olsa, bunu götürəkmi? O dedi: "Xeyr, əmanət olunan şeyi sahibinə qaytarın və sizə xəyanət edənə xəyanət etməyin” hədisidir.



İkincisi: "Sizə xəyanət edənə siz xəyanət etməyin”-deyə buyurdu. Yəni, siz onun xəyanətinə qarşılıq olaraq onun sizə davrandığı kimi eyni cür hərəkət etməyin.



Üçüncüsü, bu əməl şübhəsiz ki, xəyanətdir. Daha doğrusu buna icazə verənlər, əvəz-əvəz, qisas baxımından buna icazə veriblər. Çünki bəzi hallar var ki, qisas icazəlidir.  Buna misal olaraq qətl, yolları kəsmək və haqqsız yerə malı qəsb etmək. Bununla belə bəzi hallar da var ki, qisas icazəli deyil. Məsələn, əxlaqsız hərəkətlər, yalan danışmaq və s. Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) "Sizə xəyanət edənə siz xəyanət etməyin” deyərkən, məlum olur ki, burada söhbət müqabil tərəfi eyni şəkildə cəzalandırmamaqdan gedir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!