Zəhərli çörək

Zəhərli çörək
Sevgi Dünyası
10.09.2017 14
Nə tökərsən aşına, o da çıxar qaşığına. (Atalar sözü)

Tez-tez evinin qapısını döyüb dilənən qadından bezib olduqca narahat olan evin xanımı bir gün yenə eyni dilənçi qapısını döydüyündə ondan xilas olmağa qərar verər. Dilənçiyə bir az gözləməsini söyləyib mətbəxdən bir parça çörək götürüb ortasından kəsərək arasına pendir və zeytun yerləşdirər. Təbii ki, bu vaxt arasına həşərat öldürmək üçün istifadə etdiyi qüvvətli zəhərdən tökməyi də unutmur. Çölə çıxıb çörəyi dilənçiyə uzatdığı zaman qadın "Allah razı olsun" deyib evdən ayrılır.

Qarnı ac olan qadın bir məscidin həyətində bir az əvvəl ona verilən çörəyi çıxarıb yemək istəyərkən əl-üzünü yuyan bir əsgərin ona baxdığını görür. Əsgərin halından yoldan gəldiyi və yorğunluğu aydın görünürdü. Dilənçi əsgərin baxışlarından onun ac olduğunu və sanki "bir az da mənə ver" dediyini duyur. Gəncin halına acıyan qadın çörəyin hamısını əsgərə verir və oradan uzaqlaşır.

Dilənçi qadının verdiyi çörəyi iştahla yeyən əsgər çox keçmədən ağrıdan qıvranmağa başlayır. Bir müddət sonra məscidə gələn camaat yerdə qıvrılan gəncin kim olduğunu və ona nə olduğunu soruşub öyrəndikdən sonra evinə aparırlar. Gənc əsgər bir az əvvəl məscid həyətində bir dilənçi qadının ona çörək verdiyini və o çörəyi yedikdən sonra bu hala düşdüyünü deyəndə qadın dilənçiyə verdiyi çörəyi xatırlayır və başından aşağıya qaynar su tökülür sanki. "Mən nə etdim?" deyə çırpınmağa başlayır, amma iş işdən keçmişdir. İgid cavan oradaca həyata gözlərini yumur.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!