Qulaqları olmayan uşaq

Qulaqları olmayan uşaq
Sevgi Dünyası
10.09.2017 15
"Körpəmi görə bilərəmmi?" dedi yeni ana. Qucağına yumşaq bir boxça verildi və xoşbəxt ana körpəsinin kiçik üzünü görmək üçün qundağı açdı və sanki nitqi tutuldu! Ana və körpəsini seyr edən həkim sürətlə arxaya döndü və şüşədən baxmağa başladı. Körpənin qulaqları yox idi.

Müayinələrdə körpənin eşitmə bacarığının təsirlənmədiyi, yalnız görkəmini pozan bir qulaq məhrumluğu olduğu aydın oldu. Aradan illər keçdi, uşaq böyüdü və məktəbə başladı. Bir gün məktəbdən evə qaçaraq gəldi və özünü anasının qollarına atdı. Hıçqırırdı. Bu onun yaşadığı ilk ən böyük xəyal qırıqlığı idi; ağlayaraq: "böyük bir uşaq mənə eybəcər dedi", dedi.

Kiçik uşaq bu bəxtsizliyi ilə böyüdü. Yoldaşları tərəfindən sevilirdi və olduqca da müvəffəqiyyətli bir şagird idi, sinif başçısı belə ola bilərdi, əgər insanların arasına qarışmış olsaydı. Anası hər zaman ona "Gənclərlə ünsiyyət qurmalısan" deyirdi, ancaq eyni zamanda ürəyində dərin bir ağrı və şəfqət hiss edirdi. Atası ailə həkimi ilə oğlunun problemi ilə əlaqədar görüşmək qərarına gəldi:

- Heç bir şey edilə bilməzmi?

Həkim dedi:

- Əgər bir cüt qulaq tapılsa, orqan nəqli edilə bilər.

Beləcə, gənc bir adam üçün qulaqlarını fəda edəcək biri axtarılmağa başlandı. İki il keçdi. Bir gün atası dedi:

- Xəstəxanaya gedirsən, oğlum, anan və mən sənə qulaqlarını verəcək birini tapdıq. Ancaq unutma, onun kim olduğu bir sirrdir.

Əməliyyat çox müvəffəqiyyətli keçdi və sanki yeni bir insan yaradıldı. Yeni görünüşüylə psixologiyası da düzələn gənc məktəbdə və ictimai həyatında böyük müvəffəqiyyətlər əldə etdi. Daha sonra evləndi və diplomat oldu. İllər keçdi, bir gün atasının yanına gedib soruşdu:

- Bilmək məcburiyyətindəyəm, mənə bu qədər yaxşılığı edən adam kimdir? Mən o insan üçün heç bir şey edə bilmədim.

- Bir şey edə biləcəyini sanmıram. Lakin bunu indi öyrənə bilməzsən, hələ zamanı deyil.

Bu dərin sirr illər boyunca gizləndi. Ancaq bir gün ortaya çıxma zamanı gəldi. Həyatının ən qaranlıq günlərindən birində, anasının cənazəsinin başında atasıyla birlikdə gözləyirdi. Atası yavaşca anasının başına əlini uzatdı, qırmızı-qəhvəyi saçlarını əliylə geriyə doğru itələdi, anasının qulaqları yox idi.

- Anan heç bir zaman saçını kəsdirmək məcburiyyətində qalmadığı üçün çox xoşbəxt idi,-deyə pıçıldadı atası,- və heç kim ananın daha az gözəl olduğunu düşünmədi. Əsl gözəllik fiziki görünüşə bağlı deyil, ancaq ürəkdədir! Əsl xoşbəxtlik gördüyün şeydə deyil, əsl görünməyən yerdədir. Əsl sevgi edildiyi bilinən şeydə deyil, edildiyi halda bilinməyən şeydədir!   скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!