Qismət ədalətli, qul zalım olur

Qismət ədalətli, qul zalım olur
Sevgi Dünyası
10.09.2017 6
Məmməd "Qırxıncı"  adlanan mədrəsədə kitab oxuyarkən tez-tələsik tutularaq həbsə göndərilir. O, həbsxanada məhkumlara iman həqiqətlərini izah edib, dərs keçərkən bu sətirlər məhkumlardan birinin diqqətini çəkir:

- Hakim səni oğurluqla günahlandırıb və həbsə atıb. Halbuki, sən oğru deyilsən. Lakin kimsə bilməz ki, gizli bir qətlin var. Budur, ilahi qismət səni o gizli qətlin üçün məhkum edir, hakim isə etmədiyin cinayətə görə səni həbsə atıb, zülm edir. Bu şəkildə qismət ədalətli, qul isə zalım olur.     

Bu sözləri dinləyən o, məhkum başına gələnləri, həbsxanaya necə düşdüyünü belə izah edir:

" Gəncliyimdə bir vaxtlar qonşumla dalaşmış, qanlı bıçaqlı olmuşdum. Daha sonra mən əsgərliyə getdim. Bir gün hərbi birliyimizdən qaçıb gizlicə kəndimizə gəldim və davalı olduğum qonşumu öldürüb qaçdım. Kimsə fərqinə varmadan da, yenə hərbi xidmətimə davam etdim. Kimsə bu cinayəti mənim törətdiyimi ağılına gətirmədi, çünki əsgərlikdəydim.

Aradan illər keçdi. Ərzuruma səfər etdiyim zaman polislər məni yolda saxladı. Qarət edilərkən öldürülən bir adamın qatili olduğum günahıyla məni tez-tələsik həbs etdilər. Nə qədər danışsamda izah edə bilmədim. Çünki məndən qabaq qatil qaçmış və həmin qatilin surəti mənə bənzəyirmiş. O, adam tapılmadı və mən məhkəmənin qərarı ilə 24 ilə məhkum olundum. Beləcə işləmədiyim cinayətə görə hökm aldım. Amma indi mənə aydın oldu ki, tale illər əvvəl işlədiyim cinayətə görə məni məhkum edib. Məmməd müəllim siz bu sətirləri oxuyarkən anlamış oldum vəziyyəti... Bəli, qismət bir qulun intiqamını bir başqa qul ilə alır. Bilməyən cahil isə, onu qulun özü törədib sanır."    

Qismət!... deyib keçmə. Bax nə deyir sirrin sahibi: "Biz hər bir insanın əməlini öz boynundan asdıq. Qiyamət günü isə açıq vəziyyətdə qarşısına qoyulan kitabı ona göstərəcəyik." (İsra sürəsi 13)скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!