Bağışlayırsan?

Bağışlayırsan?
Sevgi Dünyası
10.09.2017 17
Sənsizlik çəkilmir gülüm....



Deyirdilər axı gülüm sənsiz gündüzüm gecə olubdur...Bu gün yuxudan oyandım. Ayılmaq üçün hər gün olduğu kimi yerimdən qalxdığımda nədənsə qalxmaq istəmədən bir daha uzandım. Sanki gün yeni başlamırdı, əksinə bütün günü yorğun keçirmişdim və gecə qaranlığı indi çökürdü üstümə. Demə günüzün gecəsi belə olurmuş.

Ax gülüm deyirlər axı sənsiz bağçamda güllər açmır. Bağçaya çıxdım güllər rəngbərəng açıb amma onların ətrini duya bilmirəm gülüm. Açan güllərin sənsizlik fəryadı belə olurmuş demə...

Hanı deyirlər axı sənsiz pəncərəmə quşlar qonmur, bax hər tərəf quşlar oxuyur amma bu oxuma mənə nəğməli cəh-cəh deyil, ah nalədən başqa heç nə

duymuram gülüm. Qulaqlarımın sənsizlikdən hər an çatlayacağı bu imiş gülüm...Ah-nalə eşidirəm hər şeyi...



Hanı deyirlər sənsizlik bir qəmdir, qüssə-kədərdir. Dayan bunu da açıqlayım. Yeyirəm, içirəm, deyirəm-danışıram amma, amma simamda heç cür təbəssüm yarada bilmirəm gülüm. Yaranan təbəssüm sinəmdə alov bataqlığı yaradır... Hər an sənsizliyi xatırladır...Və bu təbəssüm acı bir çarəsiz dodaqqaçdısına dönür... Sənsizliyin qüssə ilə əlaqəsi budur gülüm.



Deyirlər axı sənsizlik bir qaranlıqdır. Hmm. Səni ilk gördüyüm günü xatırladım. Mənə baxıb gülüşünü xatırladım. Bu gülüşünlə dünyama günəş saçdın gülüm. Bax...bax indi sən yoxsan, deməli günəşim də yoxdur, qaranlıqdır hər yer gülüm..... bir fərqim yoxdur.



Qayıt...qayıt günəşimi geri gətir gülüm. Qayıt!

Sənsizlik boşluqdur deyirlər, bunu da deyəcəm. Dinlə... güzgünün qarşısına keçdim.. normlada orda özünü görməlisən amma, qarşında cansız rəngi ağappaq, siması çökmüş ayaq üstə güclə dayanan bir insan cəsədi gördüm. Bu mən deyiləm. Bu mənə oxşamır. Özümü görə bilmirəm. Bax gülüm sənsizliyin ölüm olduğu budur.



Deyirlər sənsizlik bir yoxluqdur. Hmmm.. bu gün səninlə birgə çəkdirdiyimiz rəsmi əlimə aldım.. səndən başqa gözlərim heç nə görmürdü... özümü görə bilmirdim gülüm, sənsiz yoxluqlara düçar olmuşam sanki....

Sənsizlik səssizlikdir deyirlər... hər səhər yuxudan oyanmağım üçün, qulağımın dibində mənə acıq adımı dəfələrlə təkrar edərdin haaaa. Kefim olmayanda xoşladığım nəğmələrdən zümzümə edərdin haaa, soyuducunu açıb gizlincə oğrun-oğrun soyuq su içmək istəyəndə böyürdən çıxıb üstümə bağırardın haaa.



Səssizlik bunların heç birinin olmamasıdır gülüm. Gəl, gəl adımı qışqır qulaqlarımın dibində, nəğmələr oxu eynim açılsın deyə, üstümə bağır soyuq su içməyim deyə... yetər ki, gəl, qayıt dön geri. Dön geri. Anladım gülüm anladım...Səhfimi anladım...Bilmədən dəydim xətrinə...Bağışla məni ...Bağışla! Axı səndə məni sevirsən bilirəm...Bunu anlayıram...İndi telefonun o tərəfində səssizcə duruşundan, xısın xısın ağlamandan bilirəm...dön geri bağışla məni...



Bağışlayırsan?скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!