Topal oğlan - hekayə

Topal oğlan - hekayə
Sevgi Dünyası
10.09.2017 12
15 yaşlı cavan oğlan avtobusa mindi. Görəndəki yerlərin hamısı boşdu
sevincinin həddi yox idi. O, pəncərənin yanında yerini rahatladı. Axı
sona kimi getməli idi. Avtobus yola düşdü. 20 dəqiqədən sonra bütün
yerlər tutulmuşdu. Oğlan pəncərədən çölə baxır, musiqi dinləyirdi.
Birdən yaşlı bir qadın onun çiyinlərinə toxundu:

- Utanmırsan? Sənin yaşda olanda mən yaşlılara yer verirdim.

Başqalarıda ona qoşuldu - Qoca qadın ayaq üstə qalıb, bu da necə özünü saymazyana aparır.

2-3 dəqiqədən sonra bütün avtobusda olanlar artıq oğlanın üstünə düşmüşdü. Oğlan buna dözmədi və dedi:

- Yaxşı mən duracağam amma bu yerdə, öz sözlərindən utanmayan biri otursun.

Bu sözlər avtobusdakılarışoka saldı, onlar lap hiddətləndilər.Oğlan isə
oturacaqların altından qoltuq ağaclarını çıxardı, əvvəl birini sonra o
birini. Heç kimə bir söz demədən onlara söykənib dayandı. Hər kəs susdu.
Axı heç kimin ağlına gəlmirdi ki, belə ola bilər, hətta onun ayağını
bütün yol boyu qəsdən taptalayan yaşlı qadın, yalnız indi başa düşdü ki,
oğlan niyə reaksiya vermirmiş. Sonuncu dayanacağa qədər oğlan sakitcə
qoltuq ağaclarına söykənərək durdu, avtobusdakılarsa susdu. Oğıana çətin
idi, amma bir şey ona güc verirdi. Onun yeri boş qalmışdı, orda
oturmağa heç kim curət etmədiскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!