İnkar etməyin! Gerçəkdir!

İnkar etməyin! Gerçəkdir!
Sevgi Dünyası
10.09.2017 10
Bir mürid öz mürşidinə dedi: -Adamlar məni bezdiriblər. Boş-boş suallar verir, mənasız sözlərlə vaxtımı alırlar. Nə edim? Mürşid dedi:

-Yoxsuldusa, borc ver, varlıdısa, borc istə. Bir də gözünə görünməyəcəklər

 

Loğmandan soruşdular: -Ədəbi kimdən öyrəndin? Dedi: -Ədəbsizlərdən. Onlarda gördüyüm pis hərəkətləri təkrar etmədim.

 

Pis səsli birisi ucadan Quran oxuyurdu. Onun yanından keçən arif soruşdu: -Bu Quran oxumağın üçün sənə nə qədər verirlər? -Heç nə qədər. -Bəs niyə özünə əziyyət verirsən? -Allah xətrinə oxuyuram. -Allah xətrinə, oxuma!

 

 Bir alimdən soruşdular:

-Bir adam gözəl bir dilbərlə xəlvət otağa çəkilə, qapını daldan bağlaya, o, gözəllərin əlindən özünü qurtara bilər?

-Gözəlllərin əlindən qurtarsa da, söz gəzdirənlərin əlindən qurtara bilməz

 

Bir kişinin gözü ağrıyırdı. Baytarın yanına gedib dedi: -Gözümü müalicə et. Baytar heyvanların gözünə çəkdiyi dərmandan onun gözünə çəkdi. Kişi kor oldu. Onlar dalaşıb hakimin yanına getdilər. Hakim dedi: -Baytarın təqsiri yoxdu. O kişi heyvan olmasaydı, baytarın yanına getməzdi.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!