Gülnaz - hekayə

Gülnaz - hekayə
Sevgi Dünyası
10.09.2017 14
On iki yaşli Gülnaz anası, atası və böyük qardaşı ilə iki otaqlı bir mənzildə yaşayırdı. Gülnaz ucaboylu, qara qaşlı, uzun saçlı bir qız idi. O, dərslərini əla oxuyurdu. Müəllimlərinin rəğbətini qazanmış Gülnazın arzusu oxuyub müəllim olmaq idi. Amma onun yaşadığı dövrdə bu arzusuna müvəffəq olmaq mümkün deyildi. Məktəbli qızları on iki–on üç yaşlarında evləndirirdilər. Gülnaz isə onun belə tale yaşamayacağını düşünür və dərslərini daha da həvəslə oxuyurdu. Onun arzusu oxuyub belə taleyi yaşayan qızlara yardım etmək idi. Səhər tezdən Gülnaz yerindən durub yeməyini yedi və məktəbə yollandı. Həmişəki kimi Gülnaz yenə də dərslərdə aktiv iştirak edirdi. Uşaqlardan biri Gülnaza müdirin onu çağırdığını dedi. Gülnaz isə həyəcanla onun yanına getdi. Qapını döyüb içəri daxil oldu. Müdir ona "sənə bir xoş xəbərim var, səni ölkələrarası bilik yarişmasına göndəririk”, dedi. Gülnazın sevincinin həddi–hüdudu yox idi. O, bu xəbəri sinif yoldaşlarına söylədi. Onlar da bu xəbərdən dolayı çox sevindilər. Gülnaz bu sevinclə evə dönürdü. Yolda yaxınlarından kimi görürdüsə, bu xəbəri ona danışırdı. O, elə zənn edirdi ki, bu xəbəri eşidəndə valideyinləri çox sevinəcək. Gülnaz qapıdan içəri daxil oldu. Anasının üstünə yüyürərək xoş xəbəri ona çatdırmaq istəyirdi ki, anası onun sözünü kəsərək "Get, hazırlaş, axşam elçilərin gələcək” dedi. Bu sözlərdən qız o qədər təsirləndi ki, diz çökərək ağlamağa başladı.

Anası ona acıqlandı, qol-qanadı qırılmış qız evə tərəf getdi.

Axşam oldu, elçilər gəldi. Gülnazın atası Qurban bəy Gülnazin otağına daxil olub "Sən uşaq deyilsən, sənin indi evlənmək vaxtındır”, dedi və otağı tərk edərək elçilərin yanına getdi. Gülnaz isə durmadan ağlayır, onu qarşıda necə həyatın gözlədiyini düşünürdü.

Həmin gecə Gülnazı nişanlandırdılar və razılaşdılar ki, on günə toyu etsinlər. Sabahı gün Qurban bəy məktəbə gedərək Gülnazı  məktəbdən çıxartdı. Bu hadisə Gülnazın müəllimlərinə, sinif yoldaşlarına çox təsir etdi. Tezliklə toy oldu. Gülnazı bəy evinə köçürdülər. Gülnaz üçün yeni bir həyat başladı. Gülnaz taleyinin başqa qızların taleyi kimi olmayacağını düşünürdü. Amma buna müvəffəq ola bilmədi və öz acı taleyi ilə barışmaq  məcburiyyətində qaldı. Toydan bir ay sonra Gülnazın əri evə sərxoş gəlməyə başladı. Evə sərxoş gəlir və Gülnaza işgəncə verirdi. Beləliklə, Gülnazın işgəncələri artırdı. Gülnaz baş verənləri anasına danışır, o isə dözməsini məsləhət görürdü.

Artıq işgəncələr Gülnaz üçün dözülməz olmuşdu. Bir gecə evdə heç kəsin olmadığı bir zamanda Gülnaz ip götürüb evin damına çıxdı. O, nə edəcək? Doğrudan da, öz taleyinin başqa qızların taleyi kimi olmasına izin verməyəcəkdimi? Doğrudan da, hamıya olan incikliyini bu işi ilə sona çatdıracaqdı?



Bu suallar onunla dövr edir və eyni zamanda da ipi evin damına bağlayırdı.

Gülnazın evlənməyinə onun qardaşı heç razı deyildi. Bu narazılıq onu dövrə, ailəsinə qarşı üsyana qaldırdı. O, evdən çıxaraq bacısını evlərinə gətirmək məqsədilə onun yaşadığı evə doğru yollandı.

Gülnazın qardaşı Cəmil tezliklə gedib bacısının evinə çatdı. O, bacısını səsləməyə başladı. Hay verən olmadı. İçəri daxil oldu, içəridə isə heç kəs yox idi. Cəmil arxa otağa keçdi. Burada maraqlı səhnə ilə qarşılaşdı. Gülnazın əri bıçaqlanaraq öldürülmüşdü. Bəs bacısı harada idi? Cəmil tavana doğru baxdıqda gözü pilləkənə sataşdı. Pilləkənlərlə yuxarı çıxdı. Bəli, doğrudan da, Gülnazin taleyi başqa qızların taleyi kimi olmayacaqdı...

O, özünü tavandan asmışdı. Gülnaz artıq yox idi bu işıqlı dünyada...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!