Xəstənin səbri...

Xəstənin səbri...
Sevgi Dünyası
10.09.2017 9
Çox acıdı. Üzərindən bir stəkan su verin.Tibb bacısı Ümid suyu xəstəyə uzatdı. Doktor Zaman xəstəyə baxaraq: acı adlandırdığınız vicdan dərmanı sizə acılarınızı unutduracaq. Tibb bacısı Ümid xəstənin üzündəki sarsılmış simanı gördükdə: narahat olmayın,Gözyaşı xəstəxanasında siz şəfanızı tapacaqsıznız.



Xəstə: niyə adını Gözyaşı qoymusunuz ki?

Tibb bacısı Ümid: çünki burda biz bir olub, gözyaşlarını silirik. Bax burda hər kəs hətta eyni rəngdə geyinib. Aramızda heç bir ayrıseçkilik yoxdu. Bəzən bizim bir olmağımız mütləqdir. Otağı təmizləyən İnam da bunu təsdiqlədi.

Xəstə: məni bu xəstəxanaya kim gətirib?

Tibb bacısı Ümid: dünən siz buaradan keçəndə huşunuzu itirmisiniz. Bax pəncərədən .Gülləri sulayan bağban Dost sizi buraya çatdırdı.

Bizdə sizin telefonunuzda sonuncu zəng etdiyiniz Qorxuya zəng edib sizin burada olduğunuzu xəbər etdik lakin o gəlmədi...

Lakin sizə bir zəng gəldi. Biz sizin burada olduğunuzu söylədikdə tez özünü xəstəxanaya çatdırdı. Sizin dərmanlarınızın hesabını ödədi və siz bir məktub qoydu.

Xəstə məktubu açdı və oxudu:

Sevgi, mən hər zaman səninləyəm. Sənin Səbrin.



Müəllif: Whatever Happensскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!