Niyə kişilər xəyanət edir

Niyə kişilər xəyanət edir
Sevgi Dünyası
10.09.2017 24
Bunun səbəblərini siz də öyrənin.



Nikahların dağılmasının ən tez-tez rast gəlinən səbəblərindən biri kişilərin xəyanətidi ..Psixoloqlar bunu qadınların monoqam, kişilərin isə poliqam olması ilə izah edirlər. Buna görə də kişilər xüsusən gənc yaşlarından bütün qadınlara nəzər salmağı özlərinə borc hesab edirlər. Hər bir yeni qadın onlar üçün yeni fəth edilməmiş zirvədir. Statistikaya əsasən, ərlərin hər biri ömründə bir dəfə də olsun andı pozur. Bəziləri isə bunu mütəmadi olaraq edir.



Kişilərin xəyanətinin müxtəlif səbəbləri var. İlk növbədə, bura yeni münasibətlər və fərqli mühit arzu edən kişilər daxildir. Onlar qadının uşaqlara daha çox vaxt ayırması və yekcins həyatdan sıxılırlar. Elə kişilər var ki, risk etməyi daha çox sevirlər. Onlar özlərinə seksuallıq və cəlbediciliyini hələ də itirmədiklərini isbat etmək istəyirlər. Bu, özünüqiymətləndirməyə ciddi təsir göstərir və stressdən azad edir.



Özünə əmin olmayan kişiləri "ana uşağı" adlandırırlar və onlar erkən yaşlardan bütün qaydalara əməl edir, ciddi rejimdə yetişirlər, ancaq böyüdükdən sonra bu kişilər özlərini əmin hiss etmək və bununla da qadağan edilmiş meyvəni dadmaq istəyirlər. Bu səbəbdən də nikah onları yeni seksual macəralara vadar edə bilər. Məhz "sola" getməklə onlar özünə əminliklərini bərpa etmək istəyirlər.



Digər səbəblərdən biri də məhz erkən nikahların qurulmasıdır. Bildiyimiz kimi, kişilər qadınlardan gec böyüyür və ovçu ruhu gənc yaşlarda oyanmağa başlayır. O, bu halda hətta tamamilə ailədən uzaq düşə bilər. Səfərlər zaman bu tip kişilər bütün gözəlləri ələ almağa çalışacaqlar.



Qeyd edək ki, maraqsız və monoton evlilik həyatı xəyanətə sürükləyən səbəblərdən ən birincisidir. Xarici təsirlər də xəyanətə gedən yolun başında dayana bilir. Kişilərin ətrafında olan digər kişilərin macəraları, sevgi hekayələri onları daha da şirnikləndirir və sonda xəyanətlə nəticələnir.



Sevginizi, ailənizi qorumaq üçün yuxarıda sadalanan səbəblərin həyatınıza daxil olmasına imkan verməmək çox vacibdir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!