Kişilər ticarət mərkəzi

Kişilər ticarət mərkəzi
Sevgi Dünyası
10.09.2017 9
Şəhərlərin birində qadınların özlərinə ər seçib ala biləcəyi ticarət mərkəzi açılır. Ticarət mərkəzinin girişində bu mərkəzin iş qaydalarının məcəlləsi asılmışdı, orada belə yazımışdı:



1. Siz Ticarət Mərkəzinə yalnız bir dəfə gələ bilərsiniz.



2. Mərkəzdə 6 mərtəbə vardır, kişilərin keyfiyyəti mərtəbənin sıralanmasının artmasına görə dəyişir.



3. Siz istənilən mərtəbədə istənilən kişini seçə bilərsiniz və ya seçiminizi davam etdirmək üçün yuxarı mərtəbəyə də qalxa bilərsiniz.



4. Lakin yuxarı mərtəbəyə qalxdıqdan sonra aşağı mərtəbəyə enmək qadağandır.



Bir qadın özünə yoldaş axtarmaq üçün adı çəkilən həmin "Kişilər Ticarət Mərkəzi"-nə baş çəkmək qərarına gəlir. Girişdə "İşi olan kişilər" yazılmış tablonu oxuduqdan sonra cəld ikinci mərtəbəyə qalxır.



İkinci mərtəbədəki lövhədə: "İşi olan və uşaqları sevən kişilər" yazılmışdı. Lövhədəki yazını oxuyan qadın üçüncü mərtəbəyə qalxır. Üçüncü mərtəbədəki tabloda isə: "İşi olan, uşaqları sevən və son dərəcə gözəl olan kişilər" yazılmışdı. "Vay!" - deyə qadın düşündü, amma buna baxmayaraq, dördüncü mərtəbəyə qalxdı. Dördüncü mərtəbədəki tabloda: "İşi olan, uşaqları sevən, son dərəcə gözəl olan və ev işlərində yardım edən kişilər" yazısı var idi. "İnanılmaz şeydir! - deyə qadın ucadan dedi - Özünü saxlamaq çətindir!" Buna baxmayaraq, beşinci mərtəbəyə qalxdı. Beşinci mərtəbədəki tabloda: "İşi olan, uşaqları sevən, son dərəcə gözəl olan, ev işlərində yardım edən və çox romantik kişilər" yazılmışdı.



Qadın çox istədi ki, bu mərtəbədə qalsın və özünə tay seçsin, amma buna baxmayaraq özündə qüvvə toplayıb axırıncı mərtəbəyə qalxdı. Altıncı mərtəbədəki tabloda belə bir məzmunda yazı gördü: "Siz bu mərtəbədə 31456012 nömrəli ziyarətçisiniz. Bu mərtəbədə kişi yoxdur. Bu mərtəbə qadınların istəyinin həddi olmadığını bir daha sübut etmək üçün nəzərdə tutulub. Ticarət Mərkəzimizi ziyarət etdiyinizə görə təşəkkür edirik!"



Amma bu Ticarət Mərkəzilə üzbəüz "Qadınlar Ticarət Mərkəzi" də var idi. Birinci mərtəbədə "Gözəl qadınlar", ikinci mərtəbədə isə "Cinsi münasibəti sevən, gözəl qadınlar" var idi. Digər mərtəbələrdə nə olması, naməlum olaraq qalırdı. Çünki ora hələ heç kəs daxil olmamışdır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!