14 il əvvəl deyilə bilməyən, 4 kəlmə

14 il əvvəl deyilə bilməyən, 4 kəlmə
Sevgi Dünyası
10.09.2017 22
-Nə vaxtsa bu sözü sənə deyəcəyimi düşünməzdim,amma...

 (qız göz yaşlarını saxlaya bilmir,oğlan qızın yanağındakı damlaları silərək)

 +Ağlama,mələklər ağlamaz.

 -Bağışla,ayrılmalıyıq:°(

 +Bu sözü bir zaman mənə deyəcəyini bilirdim,lakin mən möcüzəyə inanırdım.

 -Məni kimi birisindən möcüzə gözləməyə dəyərdimi heç?!

 +Təbii ki,dəyərdi.

 -...

 +"Getmə" desəm,yalvarsam,qalmağın üçün hər şey etsəm də bilirəm ki,gedəcəksən.Çünki bu qərar həyatının ən vacib qərarlarından biridir və əminəm ki,çox fikirləşibsən bunun haqda.

 -Xoşbəxt ol.

 +Həsrət çəkmək,yol gözləmək,fikirlər arasında boğulmaq xoşbəxtliyin tərkib hissəsidirsə,narahat olma çox xoşbəxt olacam.

 -Səni heç vaxt unutmayacam.

 +Yanında başqası varkən məni xatırlamağın ilə xatırlamamağın arasındakı fərq nədir?

 -...

 (qız artıq özünə gəlir)

 +Səndən başqasını sevə bilmərəm.

 -Elə demə,sən məndən də yaxşı birisini sevəcən,xoşbəxt olacan.

 +O hansı planetdi ki,orda səndən daha yaxşı birisi olsun?

 -Yer planeti.

 +Mənim üçün bu planetdə sevə biləcəyim ikicə qadın var.Biri anam,biri sən.

 -...

 (qız susur,artıq sözləri tükənir və çıxış yolunu getməkdə görür.Ancaq yenidən qayıtmaq üçün getmir,bir dəfəlik gedir.Bu zamanda oğlanın fikri gedir uzaqlara."Mən onsuz necə yaşayacam"kimi fikirlər gəzişir beynində və birdən sanki ayılıbmış kimi ətrafına baxır.Qızı görə bilmədikdə,çox üzülüb,getdiyini anlıyır.Qız oğlanın son sözünü dinləmədən çıxıb gedir)

 İllər ötüb keçdikdən sonra oğlan qızın yoxluğuna öyrəşə bilmir və çıxış yolunu intiharda görür.Aradan 14 ilin keçdiyini,ancaq qızı hələ də unuda bilmədiyini,beynində əbədi bir iz qaldığını anlıyır və bundan sonra da dünyada onun üçün başqa bir qadının olmayacağını anlıyır.Oğlan qıza son sözünü demək istəsə də qismət onların yollarını ayrı salır hər zaman.

 Oğlan intihar məkanı kimi 14 il bundan əvvəl qızla görüşdükləri yeri seçir.İntihara cəhd edən oğlan gözlərini xəstəxanada açdıqda intihar cəhdinin uğursuz olduğunu başa düşür və çox təəssüflənir.Növbəti dəfə daha uğurlu alınması üçün beynində planlar qurur.

 İntihara cəhddən 3 gün keçir.Həkimlər həmin günlərdə oğlanın psixoloji durumunu düzəltməyə də cəhd etmələrinə baxmayaraq,səyləri boşa çıxır.Həmin gün həkim əlində vərəq gəlir və oğlana verərək "Qərarı özün ver.Ya yaşamağa davam et,ya başqa birisini yaşamasına səbəb ol,ya da intihar edib günaha bat".Oğlan vərəqə göz gəzdirərək hər şeyi anlayır.Xəstəxanada ölüm ayağında olan azyaşlı bir ürək xəstəsi var və təcili yeni bir ürəyə ehtiyac duyur.Oğlan heç tərəddüt etmədən ürəyinin verilməsinə razı olur.Vərəqə göz gəzdirərkən azyaşlı ilə adaş olduğunu da gözdən qaçırtmır."Necə də gözəl oldu.Günaha batmaq əvəzinə,özüm adında birinə yardım edib,savab qazanıram"kimi düşüncələr ilə son saatlarını ötürür.

 Daha sonra isə oğlan ölür və bu ölüm sayəsində də başqa birisi həyata qayıdır.Oğlan heç vaxt bilmir ki,həyatda olmasını sağladığı,onun adaşı olan kəs onun dünyada ən çox sevdiyi kəsin oğludur.Və qız da heç vaxt bilmir ki,onu hər kəsdən çox sevən,oğluna onun adını qoyduğu kəs onun oğlunu həyata qaytarır.

 Son görüşlərində isə əgər qız tez getməsəydi oğlan qıza "oğluna mənim adımı qoyarsan" deyəcəkdi.



Müəllif: Farizскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!