İbrətli Hekayə! - Oxuyun

İbrətli Hekayə! - Oxuyun
Sevgi Dünyası
10.09.2017 68
Günlərin bir günü iki mələk göylərdən enərək yerdə gecələməyi qərar verirlər. Qapısını döydükləri ilk evin sahibi varlı adam olsa da onları könülsüz qəbul edir, evdə yox, soyuq zirzəmidə gecələyə biləcəklərini bildirir. Ac halda yatmaga hazırlaşarkən mələklərdən yaşca böyüyü zirzəminin divarinda dəlik görür, tez oradakı daşı düzəldərək oranı suvayır. Kiçik yaşlı mələk ondan soruşanda ki niyə blə etdin cavab verir: həyatda heç də hər şey göründüyü kimi deyil. Ertəsi gün mələklər bir kasıb ailənin evində gecələməli olurlar. Ev yiyəsi onları hörmətlə qarşılayır, evin ən rahat otagını onlara verir, sahibəsi isə yeganə inəklərindən sagdıgı süddən siyiq bişirerek onların qabagina qoyur. Yeməkdən sonra hamı yatır. Səhər duranda görürlər ki ailənin yeganə gəlir mənbəyi olan inək ölüb. Azyaşlı mələk deyir: Nəyə görə sən bizi soyuq zirzəmidə ac yatızdıran ailənin divarını suvadın, bizə xoş üz gostərib yedirdən ailənin yeganə inəyinin olməsinə razı oldun. Məgər bu ədalətlidirmi? Yaşlı mələk cavab verir: Axı men demişdim ki həyatda heç də hər şey göründüyü kimi deyil. İlk dəfə gecələdiyimiz evin zirzəmisinin divarında bir küp qizil gizlədilib. Men divarı suvadım ki ev sahibi onu tapıb bir az da harınlaşmasın. Dünən gecə isə ölüm mələyi Əzrayıl kasib ailənin sahibəsinin dalinca gəlmişdi. Mən ondan xahiş etdim ki qadının əvəzinə inəyi aparsın. İndi görürsən ki həyatda heç də hər şey göründüyü kimi deyil...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!