Həyat bir təsadüf deyil

Həyat bir təsadüf deyil
Sevgi Dünyası
10.09.2017 3
Bir gün ata oğlu ilə meşədə gəzintiyə çixmışdı.Birdən oğlanın ayağı ilişib yıxılır və «OFF» deyə qışqırır. Qarşıdakı dağın zirvəsindən «OFF» səsi eşidən uşaq təəccüblənir. «Sən kimsən» deyə qışqırır. Aldığı cavab sən kimsən olur. Qəzəblənən oğlan «Sən bir qorxaqsan » deyə yenidən qışqırır. Dağın cavabı oğlanın sözləri ilə eyni olur. Nə baş verdiyini anlamayan uşaq atasından bunun nə olduğunu soruşur. Atası «Oğlum dinlə və öyrən» söyləyir. O dağa tərəf çevrilib, «sənə heyranam, sən möhtəşəmsən» deyə qışqırır. Dağdan gələn səs təbii ki, atanın sözləri ilə eyni olur. Oğlan nə baş verdiyini yenə də anlamamışdı. Ata oğluna izah edir: «Oğlum, insanlar buna əks-səda deyirlər. Əslində isə bu həyatın özüdür. Həyat daima sənə sənin ona verdiklərini verir. O, davranışlarımızın aynasıdır. Daha çox sevgi istədiyin zaman daha çox sev. Daha çox qayğı gözlədiyin zaman, daha çox qayğı göstər. Hörmət istəyirsənsə, insanlarfa daha şox hörmət et. İnsanların səbirli olmasını istəyirsənsə, o zaman sən daha səbirli olmağı ötrən. Bu qayda həyatımızın bir parçasıdır və hər kəs üçün gərəklidir. Həyat bir təsadüf deyil, etdiklərimizin aynadakı əksidir.»скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!