İdeal sevgili

İdeal sevgili
Sevgi Dünyası
10.09.2017 3
O, sizin böyük heyranınızdır – həyatındakı bütün ilklər sıralamasını tamamilə sizi diqqətə alaraq yerinə yetirir. Sözün əsl  mənasında sizə  heyrandır. Bəlkə həyatının mərkəzi siz deyilsiz, amma həyatının mərkəzində olan  şeylər içində əminliklə deyə bilərik ki, sizdə varsınız.



Sizinlə əyləncəli, ciddi, intellektual söhbətlər edə bilir- sizinlə sırf danışmış olmaq üçün danışmır. İntellektual  söhbətlər başladıb sizinlə saatlarca  bu mövzu ilə bağlı danışa bilər.  Yeri gələr  siyasət, yeri gələr  bir kitab, yeri  gələr münasibətiniz, yeri gələr bir film haqqında uzunuzadı söhbət edə bilərsiniz.



Sizi dinləyir
– hər zaman deyərik amma bu vacibdir. Sevdiyiniz sizi dinləyir,  sizə qulaq asır, söylədiklərinizi nəzərə alır. Dinləyirmiş kimi görününb ağlından başqa şeylər keçirmir. Bu vacibdir, sevdiyiniz sizi dinləyirsə bilin ki, mükəmməl biri ilə qarşlaşmısınız.



Sizi bezdirmir, sizə azadlıq verir
– kişi olan qısqanar deyib həyatı sizə dar etmir. Sizə dostlarınızla, ailənizlə keçirə biləcəyiniz, tək başınıza konsertə, kinoya  gedə biləcəyiniz  azadlıq verir. Hər şeyi qədərində edən,  narahatlıq verməyən  biridir.



Sizə eşitmək istədiklərinizi deyil hər zaman gerçəyi deyir – o zaman mükəmməl biri ilə birlikdəsiniz. Həqiqətləri eşitməyə hazır olun. Sizə əsla eşitmək istədiklərinizi deməz, nə qədər acı olsa belə həqiqətləri eşitmək istədiyinizə inanar və ona görə danışar.



Xətalarını qəbul etmək mövzusunda bir sıxıntısı yoxdur 
-  xətalarını anladığında, xətasında  təkidli olmur. Xətalı olmaqla bağlı bir narahatçılığı və güvənsizliyi yoxdur.



Etdiyi işə sevgilə bağlıdır
– nə əlaqəsi var deməyin, həyatındakı əsas sıralamada  üst qismdə olsanız da işinə də əhəmiyyət verməsi vacibdir. İşinə sevgilə bağlı, sevərək işləyən, sevdiyi işi görən bir kişi qədər mükəmməli çətin tapılır. İş həyatındakı  dəyişiklərin bütün həyatına təsir etdiyini düşünsək,  iş həyatında xoşbəxtliyi tapmış  bir kişi şəxsi həyatında da sizi xoşbəxt edəcəyinə tam əmin ola bilərsiniz.



Baxımına diqqət edir – həm fiziki həm ruhi baxımdan özünə diqqət edən kişi demək ki, sizə həm də özünə  dəyər verir. Baxımlı, sağlam, gözəl geyinən, gözəl qoxulu, dişləri  tər-təmiz, yumuşaq əllərə sahib olan bir kişi ...



Sözlərilə, sürpizlərilə sizi əzizləməyi çox gözəl bacarır– arada bir etdiyi kiçik sürpirzlər, dediyi kiçik xoş  bir söz ilə sizin ağlınızı başınızdan çıxarmağı çox gözəl bacarır. Münasibətinizi necə yeni tutacağı, sizi necə təsirləndirəcəyi  mövzusunda tərəddüdləri və çəkinmələri  yoxdur.  



Dostlarınıza qarşı olduqca mülayim və anlayışlıdır – sadəcə sizə deyil mütəmadi görüşdüyünüz dostlarınıza qarşıda son dərəcə mülayim və anlayışlı biridir. Onlarla zaman keçirmənizə qarışmadığı  kimi, arada bir sizə qoşulduğu  görüşlərdə dostlarınızında ağlını başlarından çıxarmağı da  bacarır. Dostlarınız arasında da bir xeyli  məşhurdur.



Ümumi olaraq insanlara hörmət edən – qaba, kobud, nataraz, söyüşcül, əsəbi biri deyildir.  Müzakirə ədəbini bilir, dərhal hadisəni davaya çevirmir. Yaşadığı cəmiyyətə və insanlara hörmət edən, xoşrəftar biridir.



Onun ardıyca tökdüklərini yığmanıza, ona uşaq baxıcılığı etmənizə ehtiyacı yoxdur, yaşadığı  evi  təmiz, səliqəli, nizamlı saxlayır – kişi deyilmi?  Təbii ki, dağınıq olacaq deyə bir şey yoxdur. Arxasıyca gəzmənizə, dağıtdıqlarını yerlərinə yığmanıza əsas yoxdur.



Ailənizlə çox yaxşı münasibət qurur - əgər tanış etmisinizsə ailənizlə arası çox gözəldir. Onların yanında çox rahat, çəkinmir. Siz də stress keçirmirsiz, rahatlıqla onu tək qoyub mətbəxə  və ya başqa yerə gedə bilərsiz.



Sizi itirməyi əsla istəmir amma bundan qorxmayacaq qədər də özünə güvənən biridir – sizə vurğun, sizi sevir, sizi itirməyi istəmir ancaq bu hal xəstəlik səviyyəsində deyil . Özünə güvənən, nə istədiyini bilən,  sizi məcburən deyil,  sizin istəyinizlə yanında saxlayan biridir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!