Sonu hüzünlə bitməyən hekayəm

Sonu hüzünlə bitməyən hekayəm
Sevgi Dünyası
10.09.2017 14
Oxuduğu hər bir hekayənin sonu hüzünlü bitirdi. Amma o söz vermişdi öz hekayəsinin sonu hüzünlü bitməyəcəkdi.

Günləri çox mənalı, maraqlı keçirdi. Çünki ətrafında onu sevən dostları, yaxınları və ailəsi var idi. Bunlara görə idi bəlkə də sevgiyə heç vaxt ehtiyacı olmamışdı. Bu günə qədər çox oğlandan xoşu gəlmişdi, amma heç kimə inanmamışdı, heç kimi sevməmişdi. Bunun belə davam edəcəyini düşünürdü həmişə. Bu günə qədər onunla ciddi maraqlanan da olmamışdı.

Günlər beləcə ötürdü. Vaxt gəlmişdi artıq institutu bitirib, həkim işləyəcəkdi. Onun təyinatını şəhər xəstəxanalarında birinə vermişdilər. Gülnarə çox ağıllı, savadlı, qəşəng və həddindən artıq sakit qız idi. O psixiatr işləyəcəkdi. O həmişə fikirləşirdi ki, çox çətin bir peşəni seçib. Pasientlərlə işləmək çox çətin olacaq. Amma bununla belə o oz işini çox sevirdi.

İlk iş günü idi. Onun yanına bir oğlan gətimişdilər. Gülnarə ilk öncə onun qəribə hərəkətlərindən çəkinmişdi, amma sonra özünü toplayıb bütün fikrini Ömərə cəmləmişdi. Gulnarenin ilk baxisda Omerden xosu gelmisdi. Onun gözlərindəki hüzün Gülnarəyə sonu hüzünlə bitən hekayələri xatırladırdı. Gülnarə içində fikirləşirdi ki, Ömərin qəlbindəki hüznü yox etməlidir. O özü də bilmədən artıq hekayəsini yazmağa başlamışdı.

Ömər çox savadlı, tərbiyəli, ailəcanlı və ailəsinə bağlı bir oğlan idi. O magistratura imtahanında bir qızla tanış olmuşdu. Bu günə qədər onun heç bir qızdan bu qədər xoşu gəlməmişdi. Bir qədər cəhd etdikdən sonra istədiyinə nail olmuşdu. 1 il tanışlıqdan sonra, Ömər artıq bu münasibəti ciddiləsdirmək istəyirdi. Ona görə də sevgilisi ilə görüşə tələsirdi. Görüş yerinə atdığı anda gördüyü mənzərə onu bax indiki vəziyyətinə gətirmişdi. Sevgilisi qanlar içində idi. Onu maşın vurmuşdu. Ömər nə qədər çalışsa da artıq gec idi. Cəmiləni heç kim qurtara bilməzdi.



İndi Ömərin yeganə ümidi Gülnarə idi. Gülnarə Öməri dinlədikcə göz yaşlarını saxlaya bilmirdi. O çox sevgi hekayələri oxumuşdu, hətta canlı şahidi belə olmuşdu. Amma heç vaxt bu cür sevgi hekayəsi ilə qarşılaşmamışdı. Gülnarənin "Onu hələ də sevirsən?” sualına Ömərin cavabı belə oldu "Onu həmişə sevdim və sevəcəm də çünki o mənim qəlbimdə ölmədi”.

Ömər bir müddət Gülnarənin yanına gəlməli idi. Gülnarə söz vermişdi Öməri sağaldacaqdı, çünki Ömərin ona ehtiyacı olduğunu bilirdi. Gülnarə öz sevgisi ilə Öməri sağaldacaqdı.

Bəli Gülnarə artıq Öməri sevirdi. Və o anlayırdı ki, bunu Ömərə bildirməməlidir. Çünki Ömərin yeni sevgiyə ehtiyacı yox idi, onun sevgisi ölməmişdi.

Artıq Ömər sağalmağa başlamışdı. Bəli Gülnarə buna nail olmuşdu. Ömər bir müddət sonra tamamilə sağalacaqdı.

Bəli və o an gəldi. Ömər tam sağalmışdı, artıq onun gözlərində hüzün yox idi. O sevgisini qəlbində yaşadırdı. Və Gülnarəyə borclu idi bunları.

Ömər, Gülnarəyə bir məktub yazmaq qərarına gəldi.



Məktub.

Sevgili Gülnarə. Səndən əvvəl mən bir çox həkimin yanında olmuşdum. Hamısı söz vermişdi məni sağaltmağa. Amma sən mənə söz verməmişdin. Əvvəllər sağalmayacağımı düşünürdüm. Amma sonra sənin məni sevdiyini anladım. Bunu bildirməyirdin. Məni həqiqətən sağaltmağa çalışırdın. Və bununla mən özümdə güc tapdım. Deyəcəksən necə oldu ki, səni sevdiyimi anladın? Mən sənin gözlərindəki sevgini görürdüm. Bunu hiss edə bilirdim. Amma qorxurdum ona – qəlbimdəkinə xəyanət etməkdən qorxurdum. Amma yanılmışdım o mənim xoşbəxt olmağımı istəyirdi, bunu mənə yuxumda demişdi. Mən sənin sevginlə sağaldım. Bunu mənə bəxş etdiyin üçün minnətdaram sənə. Səni Sevirəm.

Gülnarə bu məktubu göz yaşları içində oxudu. O yaşadığı müddətdə iki şeyə nail olmuşdu. Bir insanı – Öməri həyata qaytarmağa və sonu hüzünlə bitməyən hekayə yazmağa…скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!