Hisslərim qatil beynim məzarlıq

Hisslərim qatil beynim məzarlıq
Sevgi Dünyası
10.09.2017 4
Dan yerinin sökülməsiylə günəşin doğmasıyla daha yeni 1 gün başlayır.Yeni gün yeni ümidlər deməkdir.Günün sonunun bitməsiylə bitən ümidlər yeni 1 səhərin açılmasıyla canlanarlar...

 

Bəlkə də "bu sondu" dediyim şeylərə ümid etməsəydim doğurdanda mənimçün son ola bilərdi.Yəni ümid azca da stimul deməkdir.



Günə başladım..nəsə yolunda getmir heçnə "bəlkə" dedim bu dəfə yaxşı olar.Amma heçdə həmişə yaxşı olmadığı kimi  yenədə yaxşı olmadı.Mənim ümidlərimində ömrü kəpənək ömrü kimidi yalnız 1-cə gün.Hər gün yeni doğulmuşlar ölür..gözünü açmadan ölür.



Beynim bir məzarlığı xatırladır.Orda hər şeydən bir ölü tapa bilərsən.Ümidlər, arzular ,xəyallar, ammalar ,kaşkilər.Qatiləm mən..Bəli bəli qatiləm onların hamsını vaxtı çatanda mən öldürdüm.Niyə öldürdüm?Onlar can verirdilər hər gün gözümün önündə məndə öldürdüm.

Hisslərim qatil beynim məzarlıq..Arada qatil o məzarlığa gedir bir- bir daşların üzərindəki "ümid", "arzu", "xəyal" ,"amma", "kaşki" yazılan yazılara baxır gözləri dolur yox-yox ruhlarına fatihə oxumur əksinə hər birinə tüpürüb lənət oxuyur.Çünki onlardır hisslərimi qatil edən səbəblər...



P.S.Ümid hər şüur altında yatmış bir faişə.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!